Apple Intelligence Çində istifadəyə veriləcək
Süni İntellekt
16.07.2026
Apple Intelligence-in Çində istifadəyə verilməsi üçün rəsmi təsdiq alınıb. Şirkət ölkədə süni intellekt funksiyalarını təqdim etmək üçün Alibaba və Baidu ilə əməkdaşlıq edəcək. Reuters-in məlumatına görə, Çinin Kiberməkan Administrasiyası (CAC) Apple Intelligence xidmətlərinin ölkədə istifadəsinə icazə verib. Bunun əsasını Apple ilə Alibaba arasında əldə olunan razılaşma təşkil edir. Razılaşmaya əsasən, Alibaba-nın Qwen süni intellekt modeli iOS, iPadOS, macOS və visionOS əməliyyat sistemlərində Apple Intelligence funksiyalarına inteqrasiya olunacaq.
Daha sonra Baidu da TechCrunch-a açıqlamasında Apple ilə Çin bazarı üçün Apple Intelligence funksiyalarının hazırlanması üzərində çalışdığını təsdiqləyib. Apple-ın bu addımı şirkətin ən vacib bazarlarından biri hesab olunan Çində süni intellekt strategiyası baxımından mühüm əhəmiyyət daşıyır. Şirkət 2026-cı ilin ikinci rübündə Böyük Çin regionunda 20,5 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 % artım deməkdir. Bundan əlavə, iPhone modellərinə tətbiq olunan endirim kampaniyalarından sonra Apple yenidən Çinin smartfon bazarında ikinci yerə yüksəlib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...