main-post-cover

    Apple Intelligence tərəfindən hazırlanan ilk görüntü ortaya çıxıb!

    Süni İntellekt
    12.09.2024
    Farid Pardashunas

         Apple, ilk dəfə olaraq, yeni süni intellekt tərəfindən dəstəklənən Image Playground funksiyası ilə yaradılan şəkli paylaşıb. Yeni funksiya mətn əsaslı göstərişlər əsasında işləyir. Yəni təsviri daxil etməklə siz tez bir zamanda karikatura üslubunda istədiyiniz obrazı yarada bilərsiniz.

         İlk nümunə Apple-ın proqram mühəndisliyi üzrə baş vitse-prezidenti Craig Federighi tərəfindən iti Bailey-nin ad gününü qeyd etmək üçün yaradılmışdır. Şəkildə ad günü papağı taxan və tortun arxasında gülümsəyən cazibədar it təsvir edilib.
         Apple, bu şəkli ilk olaraq Wired jurnalı ilə paylaşıb. Jurnal şəklin süni intellektlə yaradıldığını bəlli etmək üçün şəklin ortasına filiqran əlavə edib. Bundan əlavə, şəkil faylındakı EXIF ​​​​məlumatları bu təsvirin süni intellektdən istifadə edilərək hazırlandığını göstərir. Apple, Image Playground-u əyləncəli alət kimi təsvir edir. Bu funksiya ilə istifadəçilər, bir neçə saniyə ərzində orijinal şəkillər yarada biləcəklər. Bu xüsusiyyət, çox güman ki, 2024-cü ilin dekabrında iOS 18.2 ilə əlçatan olacaq.
         Bu arada şirkət bu versiyada Genmoji adlı fərdiləşdirilə bilən emoji yaratma xüsusiyyətini istifadəçilərə təqdim etməyi planlaşdırır. Bundan əvvəl, Apple Intelligence adlı ilk süni intellektlə dəstəklənən xüsusiyyətlərin oktyabr ayında iOS 18.1 ilə çıxacağı gözlənilir. Yeni yeniləmə həmçinin yazı və xülasə alətləri kimi yeni imkanları da əhatə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro smartfonu Geekbench testlərindən keçib
    iphone-16-pro-smartfonu-geekbench-testlerinden-kecib
    Apple Watch SE 2 və Watch Ultra 3 gələn ilin ortasında təqdim oluna bilərlər
    apple-watch-se-2-ve-watch-ultra-3-gelen-ilin-ortasinda-teqdim-oluna-bilerler
    Məşhur analitik MacBook Pro-nun OLED ekrana nə zaman keçid edəcəyini açıqlayıb
    meishur-analitik-macbook-pro-nun-oled-ekrana-ne-zaman-kecid-edeceyini-aciqlayib
    iPhone, uzun illərdən sonra nəhayət ki, videoya fasilə vermək düyməsinə qovuşub!
    iphone-uzun-illerden-sonra-nehayet-ki-videoya-fasile-vermek-duymesine-qovusub
    iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?
    iphone-16-galaxy-s24-ve-xiaomi-14-hansi-kompakt-model-daha-yaxsidir