Logo
    main-post-cover

    Apple Music AI ilə yaradılan mahnıları xüsusi etiketlə göstərə bilər

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, süni intellekt tərəfindən yaradılan musiqilərin sayı sürətlə artdıqca, onların real musiqidən fərqləndirilməsi də çətinləşir. Bu problemi həll etmək üçün Apple-ın musiqi platforması Apple Music yeni bir addım atmağa hazırlaşır.
        Music Business Worldwide nəşrinin məlumatına görə, platforma süni intellekt vasitəsilə yaradılmış və ya hazırlanmasında AI istifadə edilmiş musiqilər üçün “Transparency Tags” (Şəffaflıq etiketləri) tətbiq etməyi planlaşdırır. Bu etiketlər mahnının yaradılması prosesində süni intellektdən istifadə olunub-olunmadığını göstərməyə kömək edəcək.
        Yeni qaydalara əsasən, musiqi platformaya yüklənərkən metadata bölməsində xüsusi məlumatlar əlavə olunmalıdır. Etiketlər aşağıdakı elementləri əhatə edə bilər:
        •    albom və ya mahnının vizual örtüyü (artwork)
        •    mahnının özü
        •    kompozisiya
        •    musiqi videosu
         Əgər bu elementlərin hazırlanmasında süni intellektdən istifadə olunubsa, musiqi şirkətləri və hüquq sahibləri bunu ayrıca etiketlə qeyd etməlidir. Lakin məlumata görə, bu etiketlər hazırda məcburi deyil. Apple Music-in texniki spesifikasiyasının 5.3.25 versiyasında qeyd olunur ki, əgər etiket əlavə edilməzsə, sistem bunu avtomatik olaraq AI istifadəsi kimi qəbul etməyəcək. Bu isə gələcəkdə qaydaların necə tətbiq olunacağının əsasən platformanın nəzarətindən asılı olacağını göstərir.
    Paylaş