Logo
    main-post-cover

    Apple Music saxta AI dinlənmələrinə qarşı yeni sistem qurur

        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple musiqi sənayesinə süni intellektlə bağlı yeni mesaj verib. Şirkət bildirib ki, Apple Music platformasında həddindən artıq AI ilə yaradılmış musiqilər prioritet olmayacaq və insan yaradıcılığı əsas dəyər olaraq qalacaq. Apple Music-in musiqi şirkətləri və tərəfdaşlarına göndərdiyi “Musiqini necə ədalətli saxlayırıq” adlı açıq məktubda qeyd olunur ki, süni intellekt musiqidə yeni yaradıcılıq imkanları açsa da, texnologiya sənətçiləri əvəz etməməli, onların imkanlarını genişləndirməlidir.
    Apple Music 3-Month Free Offer
        Şirkətin açıqladığı məlumatlara görə, Apple Music-də dinləmələrin 1 %-dən az hissəsi AI ilə yaradılmış musiqilərin payına düşür. Apple Music-in vitse-prezidenti Oliver Schusser daha əvvəl bildirmişdi ki, platformaya yüklənən mahnıların üçdə birindən çoxu tamamilə süni intellekt vasitəsilə hazırlanıb. Buna baxmayaraq, bu məzmunların dinlənmə göstəricisi 0,5 %-dən də aşağıdır.
        Apple AI musiqilərini platformadan tamamilə qadağan etməyi planlaşdırmır. Bunun əvəzinə şirkət şəffaflıq yanaşmasını seçib. Bu məqsədlə “Transparency Tags” sistemi tətbiq edilir. Yeni etiketlər vasitəsilə albom üzlüklərinin, mahnıların, musiqi videolarının və ya kompozisiyaların süni intellektlə yaradılıb-yaradılmadığı qeyd olunacaq.
    Paylaş