
Apple öz süni zəka sisteminin təlimatlandırılması mövzusunda KİV ilə əməkdaşlıq etmək niyyətindədir
Süni İntellekt
25.12.2023
Emil
Apple böyük nəşriyyatlar və kütləvi informasiya vasitələri ilə danışıqlar aparır. Belə ki, şirkət onların kontentlərini öz generativ süni zəka sisteminin təlimatlandırılmasında istifadə etmək istəyir. Məlumata əsasən Apple media şirkətlərin xəbər arxivlərinə uzun illər ərzində çıxışın əldə edilməsinə vəsait xərcləməyə hazırdır. Söhbət, minimum 50 milyon dollarlıq müqavilələrdən gedir. Bəzi nəşriyyatlar öz materiallarının geniş şəkildə lisenziyalaşdırılmasından narahatdırlar. Onların fikirlərinə əsasən bu, hüquqi problemlərə və Apple tərəfindən rəqabətə gətirib çıxaracaq. Bununla belə şirkət öz generativ süni zəka sisteminin təlimatlandırılması üçün bu cür kontentlərin istifadəsi mövzusunda media şirkətlərdən icazə istədiyi və bu istiqamətdə hətta ödəniş etməyə hazır olduğunu bildirdiyi üçün onların etibarlarını qazana bilib.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
