
Apple özünün böyük dil modeli üzərində çalışır
Süni İntellekt
22.04.2024
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple şirkəti aktiv şəkildə özünün böyük dil modeli (Large Language Model / LLM) üzərində çalışır. Məlumata əsasən Apple şirkətinin hazırladığı LLM gələcək generativ süni zəka imkanları üçün təməl rolunu oynayacaq. Məlumatda qeyd edilib, hazırlanan LLM bilavasitə Apple cihazlarında çalışacaq. Bu isə o deməkdir ki, digər süni zəka sistemləri üçün xas olan bulud resurslardan istifadə imkanı Apple LLM-də olmayacaq.
Bulud resurslarından istifadə edən süni zəka sistemlərindən fərqli olaraq bilavasitə cihaz tərkibində çalışan süni zəka sistemlərinin imkanları məhdud olsalar da, analitiklərin fikirlərinə əsasən Apple bu problemi Google və ya digər şirkətlər vasitəsilə həll edə bilər. Apple şirkətinin Google Gemini adlı süni zəka sistemini iOS 18 tərkibində iPhone-nun ayrılmaz hissəsinə çevirmək istəməsi barəsində məlumatlar şirkətin bu istiqamətdə ciddi planlara sahib olduğundan xəbər verir. Gözləntilərə əsasən Apple süni zəka sahəsindəki həllərini iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində təqdim edəcək.
large language model
apple
artificial intelligence
apple llm
apple large language model
suni zeka
suni intellekt
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...