Logo
    main-post-cover

    Apple proqram təminatı kodlarının tərtibatı üçün nəzərdə tutulmuş generativ süni zəka üzərində çalışır

    Süni İntellekt
    16.02.2024
    Emil
         Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti tərtibatçılara proqram təminatı kodunun yazılmasında yardımçı olacaq generativ süni zəka texnologiyasının hazırlanma prosesini yekunlaşdırmaq üzrədir. İnsayder bildirib ki, Apple tərəfindən istifadəyə veriləcək bu texnologiya GitHub Copilot tərzində çalışacaq. O, tərtibatçılara proqram təminatı kodunun yazılma prosesinin yekunlaşdırılmasında yardımçı olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple süni zəkanın tətbiqlərin test edilməsində tətbiqini nəzərdən keçirir. Gurman bildirib ki, Apple bu süni zəka texnologiyasını kənar tərtibatçılar üçün Xcode tərtibatçılıq mühiti çərçivəsində artıq bu il istifadəyə verməyi planlaşdırır.
    Paylaş