Logo
    main-post-cover

    Apple rekord gəlirini açıqlasa da, AI gəlir planı hələ qeyri-müəyyəndir

         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Apple cümə axşamı açıqladığı rüblük maliyyə hesabatında gözləntiləri üstələyərək 143,8 milyard dollar gəlir əldə etdiyini və bunun illik müqayisədə 16 % artım olduğunu açıqladı. Şirkətin maliyyə konfransında Morgan Stanley analitiki Erik Vudrinq Silikon Vadisində nadir hallarda səslənən bir sualı gündəmə gətirdi.
         Vudrinq Apple-ın süni intellekt təşəbbüslərinin əlavə xərclər yaratdığını qeyd edərək, rəqib şirkətlərin artıq AI-ı cihazlarına inteqrasiya etdiyini, lakin bu texnologiyanın konkret olaraq necə gəlir gətirdiyinin hələ də aydın olmadığını vurğuladı. Daha sonra isə birbaşa əsas suala keçdi:
    “Apple AI-dan necə pul qazanmağı planlaşdırır?”
         Bu sual texnologiya sektorunda tez-tez səslənməsə də, investorların ən böyük narahatlıqlarından biri olaraq qalır. Hazırda bir çox texnologiya şirkəti AI sahəsində böyük investisiyalar etsə də, real monetizasiya modelləri hələ də qeyri-müəyyəndir. Məsələn, OpenAI geniş populyarlıq qazansa da, şirkətin 2030-cu ilə qədər mənfəət əldə etməyi planlaşdırmadığı bildirilir və analitiklər bu hədəfin reallığını şübhə altına alırlar.
         Apple CEO-su Tim Cook isə suala konkret cavab vermək əvəzinə daha ümumi bir mövqe sərgilədi. O bildirdi ki, Apple süni intellekti istifadəçilərin sevdiyi funksiyalara inteqrasiya edir, bunu şəxsi məlumatların qorunmasına önəm verən şəkildə həyata keçirir və bu yanaşma “böyük dəyər” yaradır. Onun sözlərinə görə, həmin dəyər gələcəkdə müxtəlif məhsul və xidmətlər üzrə yeni imkanlar açacaq.
    Paylaş