Logo
    main-post-cover

    Apple, süni intellekt xüsusiyyətlərinin istifadəsi üçün ödəniş tələb edə bilər!

    Süni İntellekt
    02.07.2024
    Farid

         Apple süni intellekt xüsusiyyətlərini pullu xidmətlər kimi təqdim etməyi planlaşdırır. Şirkətin xidmət sektoru son vaxtlar şirkətin əsas gəlir mənbəyinə çevrilib. Aparat satışlarının yavaşladığı bir dövrdə bu kimi xidmətlər, əhəmiyyətli bir çıxış yolu təqdim edir.

         Bloomberg-dən Mark Gurman-ın hesabatına görə, Apple, digər böyük süni intellekt təminatçıları kimi, pul qazanacaq şəkildə süni intellekt texnologiyalarından istifadə etməyi planlaşdırır. Apple, öz istifadəçilərinə pulsuz əsas giriş təklif edəcək, lakin əlavə funksiyalar üçün aylıq abunə haqqı almağı planlaşdırır. Hazırkı iCloud+ kimi, müəyyən əsas xidmət pulsuz olacaq, lakin daha çox istəyənlər əlavə ödəniş etməli olacaqlar.
         Üstəlik, Apple, istifadəçilərinə ChatGPT, Claude Google Gemini kimi digər süni intellekt xidmətlərinə çıxışı təmin edərkən komissiya qazanmağı da hədəfləyir.  Beləliklə, Apple vasitəsilə bu xidmətlərdən istifadə etdiyiniz zaman Apple da pul qazanacaq. Bu əməkdaşlıqların payızda iOS 18, iPadOS 18macOS Sequoia-nın buraxılması ilə elan ediləcəyi gözlənilir. Amma hər şey həmişə Apple-ın istədiyi kimi olmur. Apple-ın böyük süni intellekt planları, Avropa İttifaqı (Aİ) ilə tənzimləyici mübahisələrə görə baş tutmaya bilər. Apple, bu ilin sonunda Aİ bölgəsində süni intellekt xidmətlərini işə salmayacağını bildirib. Bu vəziyyət Apple üçün həm imic, həm də iqtisadi mənada itkilərə səbəb ola bilər.
    Paylaş
    Bənzər xəbərlər
    microsoft-internetde-paylasilan-melumatlar-serbestdir-ve-biz-de-ondan-istifade-edirik
    Digər

    Microsoft: İnternetdə paylaşılan məlumatlar sərbəstdir və biz də ondan istifadə edirik!

    Kütləvi məhsuldar süni intellekt platformaları işlədən şirkətlər, təlim məlumatları üçün internetdə sərbəst paylaşılan məzmunlardan istifadə edirlər. Onları qorumaq üçün isə heç bir mexanizm yoxdur.
    chatgpt-imtahanlarda-1-ci-kurs-real-telebeleri-geride-qoyub
    Süni İntellekt

    ChatGPT imtahanlarda 1-ci kurs real tələbələri geridə qoyub

    Mütəxəssislər tərəfindən aparılmış yeni təcrübəyə əsasən süni zəka hansısa xüsusi tətbiqlər vasitəsilə aşkar edilmədən uğurlu şəkildə universitet imtahanlarından keçə bilər.
    google-meta-ve-diger-sirketler-suni-zeka-sebebile-oz-konfidensialliq-siyasetlerini-gizli-sekilde-deyisirler
    Süni İntellekt

    Google, Meta və digər şirkətlər süni zəka səbəbilə öz konfidensiallıq siyasətlərini gizli şəkildə dəyişirlər

    Google, Adobe və Meta kimi böyük texnoloji şirkətlər öz konfidensiallıq siyasətlərinə dəyişikliklər əlavə edirlər. Həmin dəyişikliklər onlara süni zəka modellərinin təlimatlandırılmalarında istifadəçilərin məlumatlarından istifadə etmək imkanını verirlər.
    nvidia-50-trilyon-dollarliq-ai-avtomatlasdirma-bazarina-hazirlasir
    Süni İntellekt

    Nvidia, 50 trilyon dollarlıq “AI avtomatlaşdırma” bazarına hazırlaşır!

    Nvidia CEO-su Jensen Huang, şirkətin illik toplantısında verdiyi açıqlamada 50 trilyon dollarlıq süni intellektə əsaslanan avtomatlaşdırma bazarından faydalanmaq istədiyini bildirib.
    google-suni-intellektle-calisan-video-tertib-etme-aleti-google-vids-i-bezi-istifadeciler-ucun-elcatan-edib
    Süni İntellekt

    Google, süni intellektlə çalışan video tərtib etmə aləti Google Vids-i bəzi istifadəçilər üçün əlçatan edib!

    Google, mətndən video yaratmaq üçün süni intellekt vasitəsi olan Google Vids-i bəzi istifadəçilər əlçatan edib.