Logo
    main-post-cover

    Apple və OpenAI arasında məhkəmə qalmaqalı böyüyür

        OpenAI Apple-ın şirkətə və iki keçmiş əməkdaşına qarşı qaldırdığı ticarət sirrinin oğurlanması iddiasına sərt reaksiya verib. Şirkət Apple-ın ittihamlarını "ehtiyatsız, aqressiv və qəribə dərəcədə şəxsi" adlandıraraq bütün iddiaları rədd edib. OpenAI müdafiəsini gücləndirmək üçün məhkəmə sənədləri ilə yanaşı, keçmiş Apple əməkdaşı Chang Liu ilə onun keçmiş həmkarları arasında baş vermiş yazışmaları və elektron məktubları da ictimaiyyətə təqdim edib. Şirkətin açıqlamasına görə, Apple-ın iddia etdiyi kimi Liu şirkətin məxfi məlumatlarını əldə etməyə çalışmayıb. Əksinə, Apple-dan ayrıldıqdan sonra keçmiş həmkarları ona müraciət edərək müəyyən daxili sənədlərin tapılmasına kömək istəyiblər.
    PYMNTS | OpenAI Weighs Lawsuit as Apple AI Partnership Sours
        OpenAI bildirir ki, Apple sonradan keçmiş əməkdaşlarının Liu ilə əlaqə saxladığını etiraf etsə də, məsuliyyəti "qalıq giriş icazələri" (residual access) ilə izah etməyə çalışıb. Şirkətin sözlərinə görə, bu problem Apple-ın işdən ayrılan əməkdaşların sistem girişlərini vaxtında ləğv etməməsindən qaynaqlanır və nəticədə bəzi keçmiş işçilər fərqində olmadan şirkətin daxili sistemlərinə giriş imkanını saxlayırlar. Apple məhkəmə iddiasında Çanq Liunu təqdim olunmamış məhsullar, texniki xüsusiyyətlər, mühəndislik təqdimatları və digər məxfi avadanlıq sənədlərini qanunsuz şəkildə yükləməkdə ittiham edib.
    Paylaş