Logo
    main-post-cover

    Artıq ChatGPT abunəliyi olmayan istifadəçilər də şəkillər yarada bilərlər!

         Aparıcı süni intellekt şirkəti OpenAI-nin verdiyi açıqlamaya görə, artıq ChatGPT istifadəçiləri, çatbotda məhdud şəkillər yarada biləcəklər.

         OpenAI, pulsuz ChatGPT istifadəçilərinə dəstək göstərsə də, DALL-E 3 vasitəsilə gündə yalnız 2 şəkil yaratmağa imkan verir. DALL-E 3, hazırda şirkətin ən son mətndən şəkil yaratmağa imkan verən süni intellekt modelidir. Keçən sentyabr ayında buraxılan DALL-E 3, daha sonra ChatGPT-nin pullu versiyaları olan ChatGPT PlusEnterprise abunəçilərinə təklif edilmişdi.
    View post on X
         DALL-E 3, Midjourney kimi son dərəcə yüksək keyfiyyətli şəkillər yarada bilməz, lakin təsvirdəki ardıcıllıq və mətn istehsalı olduqca uğurludur. ChatGPT inteqrasiyası da əhəmiyyətli bir üstünlük gətirir. ChatGPT-nin sizə bir şəkil ilə kömək etməsini istəyirsinizsə, alət çox təfərrüatlı bir sorğu yaradır. Bu əmrdən istifadə edərək şəkil yaratma prosesini asanlaşdırmaq mümkündür. Digər tərəfdən, birə-bir sizin əmrinizdən istifadə etməsini istəmirsinizsə, alət, yenə də öz əmrini yaradaraq təsviri yarada bilir. OpenAI-nin pulsuz səviyyəyə verdiyi bu dəstək yaxşıdır, lakin kifayət qədər məhduddur. DALL-E 3 ilə şəkillər yaratmaq və bunu pulsuz etmək istəyirsinizsə, Microsoft-un Copilot və ya Designer-indən istifadə edə bilərsiniz. Funksiyanı ChatGPT daxilində istifadə etmək üçün isə Plus abunəliyinə ayda 20 dollar ödəməlisiniz.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Artıq ChatGPT abunəliyi olmayan istifadəçilər də şəkillər yarada bilərlər! | Technote