
Asteroiddə nisbətən ucuz qiymətə kosmik bazanın inşası ideyası təklif edilib
Süni İntellekt
10.08.2023
Emil
Böyük olmayan kosmik cism üzərində kosmik bazanın inşası ideyası yeni yaranmış bir ideya deyil. Lakin insan sivilizasiyasının hal hazırda sahib olduğu texnoloji inkişaf səviyyəsi bu cür ideyanın reallaşdırılmasını mümkün etmir. Rockwell Collins adlı aerokosmik şirkətdə mühəndis kimi çalışmış və artıq təqaüdə çıxmış David Jensen adlı mütəxəssis asteroidin insanlar üçün nəzərdə tutulmuş koloniyaya çevrilməsi üzrə yerinə yetirilə biləcək nisbətən ucuz layihəni təklif edib. David Jensen tərəfindən hazırlanmış 65 səhifəlik sənədə əsasən ilkin növbədə ölçüyə, Yer kürəsinə nə dərəcədə yaxın olmasına və kimyəvi tərkibinə əsasən istiqamətlənərək lazımi asteroidi seçmək lazımdır. Jensen-in fikrincə ən yaxşı variant qismində 2003-cü ildə kəşf edilmiş Atira adlı asteroid çıxış edə bilər.
Sözügedən asteroid 4.8 km diametrə sahibdir və onun hətta öz peyki də mövcuddur. Atira Günəş sistemində yaşayış zonası (kosmik obyektin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) üzrə dövr edir və Yer kürəsindən 1.8 AV (astronomik vahid / 1 AV = 149 597 870 km) məsafədə yerləşir. Sənəddə qeyd edilib ki, asteroiddə insanlar üçün nəzərdə tutulmuş koloniya bublik formasında inşa edilməldiir. Birincisi toroid forma asteroiddə süni cazibə qüvvəsini yaratmağa daha yaxşı yarayır. İkincisi bu cür formaya sahib olacaq koloniyanın radiasiyadan və mikro ölçülü meteoritlərdən qorunması üçün o qədər də çox tikinti materialına ehtiyac qalmayacaq. Üçüncüsü isə bu cür bazada daha çox yaşayış zonasını reallaşdırmaq mümkün olacaq.
Mütəxəssis tikinti materialı qismində su itələyici özəlliyə sahib şüşədən istifadəni təklif edir. Bu cür koloniyanın inşasında özü-özünü istehsal edən robotlar iştirak edəcəklər. Yer kürəsindən Atiraya yalnız lazımi materiallar ilə təchizatlar göndərilməldir. Yerdə qalan bütün xammal isə asteroiddən əldə edilməlidir. Lakin baza stansiyadan, bir neçə robotdan və lazımi təchizatlardan ibarət yükün minimal kütləsi 8.6 ton təşkil edir. Hal hazırda heç bir müasir raket bu qədər yükü bir dəfəyə kosmik obyektə çatdırma potensialına sahib deyil. Lakin 2-3 ildən sonra SpaceX şirkətinin Starship + Super Heavy sistemi bu cür potensiala sahib olacaq.
Yəni Atirada insanlar üçün nəzərdə tutulmuş koloniyanın yaradılması tapşırığının öhdəsindən gələ biləcək raket yaxın illər ərzində artıq mövcud olacaq. David Jensen sözügedən layihənin ümumi qiymətini də hesablayıb. Onun hesablamalarına əsasən bu cür layihə 4.1 milyard dollara başa gələcək. Bu, NASA-nın Aydakı bazaya sərf etməyə planlaşdırdığı vəsaitdən (93 milyard dollar) qat-qat azdır. David Jensen-in fikrincə asteroiddə bu cür koloniyanın inşası 12 ilə yekunlaşdırıla bilər.
Paylaş
Bənzər xəbərlər