Astrofizik: 'Kainatda eyni həyat formasına sahib planetlər mövcud deyil'

Astrofizik: 'Kainatda eyni həyat formasına sahib planetlər mövcud deyil'

Süni zəka və Elm
28.12.2021 PAYLAŞIM

    Kainatda digər həyat növünün olub-olmamasından asılı olmayaraq bir fikirdə əmin olmaq olar. Biz, kainatda yeganə insan növüyük. Fizika kimya qanunlarının bütün kainat üçün eyni olduqlarına baxmayaraq həyat növlərinin inkişaf tarixçələri təkrarlana bilməz. Bu və ya digər canlı nə dərəcədə qəliz olarsa, o, digərlərindən o dərəcədə də fərqlənəcək. Bu cür fikirləri amerikalı astrofizik və yazçı Marcelo Gleiser səsləndirib. Yadplanetli həyat növü bizim Yer kürəsində gördüyümüzdən tamamilə fərqlənə bilər. Bəlkə də bu, bizim digər həyat növünü hələ aşkar etməməyimizin səbəblərindən biri ola bilər. Bundan əlavə olaraq bizim axtarışlarımızı həmçinin kosmik üfüq (işığın 13.8 milyard il ərzində qətt etdiyi məsafəyə bərabər radiuslu kürə) də məhdudlaşdırır. Professor Marcelo Gleiser ilk növbədə vurğulayır ki, o, həyatı çalışan tərif kimi istifadə edir. Söhbət, ətraf mühit vasitəsilə enerji ifraz edərək təbii seçmə ( ya təbii seleksiya) prinsipləri əsasında çoxalan kimyəvi reaksiyalar zəncirindən gedir.

    Buna görə də mənəvi enerjidən və ya nanobotlardan ibarət olan canlılar bu tərifin əhatəsinə daxil deyillər. “Müasir elmin fəaliyyətinin bəlkə də ən heyrətləndirici nəticəsi ondadır ki, fizika və kimya qanunları eyni dərəcədə bütün kainata təsir göstərirlər. Biz indi işıq ili uzaqlığında olan ulduzlara və yeni yaranmış qalaktikalara baxmaq imkanına sahibik. Onlar milyardlarla il yaşa sahibdirlər. Biz görürük ki, onlar da eyni kimyəvi elementlərə (kimyəvi elementlərin miqdarları fərqli ola bilər) sahibdirlər və həmin ulduzlar bizim Gnüəş kimi dinamik qanunlar üzrə inkişaf edirlər” - deyə Gleiser bidlirib. Universal olan bu fizika qanunları bir çox ulduzun planetlərə sahib olduğunu söyləməyə imkan verirlər. Planetlər isə əksər hallarda öz peyklərinə sahib olurlar. Hər bir belə kosmik obyekt fərdi fiziki özəlliklər ilə kimyəvi tərkibə sahib ayrıca dünyadır.


    Planetlər böyük və kiçik, daş və qaz tərkibli, çoxlu sayda peykə və ya ümumiyyətlə peyksiz ola bilirlər. Onlar fırlanma müstəvisi üzrə müxtəlif əyilmə bucağına, atmosfer sıxlığına və s. sahib olurlar. Təkcə Süd Yolu qalaktikasında trilyona yaxın planet və yüz milyardlarla qalaktika mövcuddur. Bu cür ağlasığmaz sayda planetin mövcud olması öz növbəsində həyatın istənilən formanı əldə etməsi təsəvvürünü yaradır. Lakin Gleiser-in fikrincə hər şey heç də bu qədər asan deyil. Belə ki, fizika və kimya qanunları sonsuz sayda olan müxtəlifliyi məhdudlaşdırırlar. Gleiser-in fikrincə kosmosdakı yadplanetli həyat forması çox güman ki, növbəti kriteriyalara cavab verir:

- Həyatın əsasında karbon qazı dayanır. Bu, digər elementlərlə asanlıqla əlaqəyə girə bilən ən çox yayılmş atomdur. Digər variant kimi silisium çıxış edə bilər. Lakin bu ehtimal çox kiçikdir.

- Həyat üçün maye halında su lazımdır. Donmuş bakteriyalar sonsuz müddət ərzində davam edən soyuq mühitdə sağ qala bilirlər. Lakin onlar yaşamırlar. Çünki onların metabolizmləri dayanmış vəziyyətdə olurlar. Bu məsələdə alternativ variant kimi ammonyak təklif edilir. Lakin ammonyakın maye halını alması üçün normal təzyiq şərti ilə yalnız -36 dərəcə Selsi temperatur lazımdır. Yüksək təzyiqə sahib soyuq planetdə maye halında ammonyak mövcud ola bilər. Sudan fərqli olaraq bu cür planetdə həyat növünün mövcudluq ehtimalı isə çox aşağıdır.

    Bu iki məhdudlaşdırıcı həyat düsturunu ortaya çıxardır: Karbon + su + daha bir şey (minimum azot və ya hidrogen). Digər detallar isə fərqli ola bilərlər və çox güman ki, elə də olacaqlar. Həyat növünün mövcud olduğu hər bir planet fərdi tarixə sahibdir və həmin tarixə təbii seçmə prosesi təsir göstərib. Nəticədə gözlənilməz şəkildə öz inkişaf yollarına sahib unikal həyat növləri yaranıblar. Burdan da belə qənaətə gəlmək olar ki, kainatda eyni həyat növünə sahib iki planet ola bilməz. Bundan əlavə olaraq həyat növü nə dərəcədə qəliz olarsa, onun digər planetdə eyni üsul ilə çoxalma ehtimalı da eyni dərəcədə aşağı olacaq. Beləliklə biz, kainatda yeganə insan növüyük. Təbii ki, kainatda digər iki ayaqlı və bədənin oxlu simmetriyasına sahib şüurlu canlılar ola bilərlər. Lakin onlar bizdən fərqlənəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kosmosda ölümdən sonra insan bədəni ilə nə baş verəcək?

Yaxın gələcəkdə kosmik turizmin çox məşhur olacağı faktını nəzərə almaqla, kosmosda baş verə biləcək..


Alimlər: 'Kosmosda uzunmüddətli səyahətlər insan səhhətində problemlərə yol açır..

Alimlər tərəfindən aparılmış yeni tədqiqatların nəticələrinin təqdim olunmasından sonra Mars koloniz..


Saturnun Mimas adlı peykinin səthinin altında okean mövcud ola bilər

Alimlər Saturnun Mimas adlı peykində geoloji aktivliklərin olub-olmadıqları üzrə tədqiqat aparan zam..


Hubble teleskopu karlik qalaktikanın mərkəzində qeyri-adi qara dəlik aşkar edib ..

Alimlər Hubble teleskopu vasitəsilə Kompas bürcündəki Henize 2-10 adlı karlik qalaktikanın (bir neçə..


Marsda həyat növünə daha bir işarə: Curiosity aparatı Mars süxurlarında karbon i..

Mars planetinə eniş etdiyi vaxtdan indiyənə kimi NASA-nın Curiosity aparatı müxtəlif kəşflər edib. ..


Alimlər kainatın görünən hissəsindəki qara dəliklərin saylarını təyin ediblər..

Qara dəlikləri görmək imkanının hələ olmadığına baxmayaraq alimlər onların kainatın görünən hissəsin..

×