Astronomlar Hubble teleskopu vasitəsilə qalaktik 'kannibalizm'-i müşahidə ediblər

Astronomlar Hubble teleskopu vasitəsilə qalaktik 'kannibalizm'-i müşahidə ediblər

Süni zəka və Elm
26.10.2020 PAYLAŞIM

    Alimlərin sözlərinə əsasən 4 milyard ildən sonra bizim Süd Yolu qalaktikamız Andromeda qalaktikası ilə birləşəcək. Belə bir hadisənin baş verməsinə hələ çox uzun müddət qalsa da astronomlar bu cür hadisənin digər qalaktikaların iştirakı ilə necə baş verdiyini müşahidə edə biliblər. Belə ki, onlar böyük qalaktikanın özünə yaxın olan daha kiçik qalaktikanı necə udmasını təyin ediblər. Bu barədə Cnet saytı xəbər verib. Bir neçə müddət bundan öncə Hubble orbital teleskopu vasitəsilə edilmiş foto təqdim edilmişdi.


    Həmin fotoda iki qalaktika əks olunub. Onlardan ən böyüyünün adı NGC 2798, daha kiçiyinin adı isə NGC 2799-dur. Fotodan da görmək olar ki, NGC 2798 qalaktikası özünə yaxın olan NGC 2799 qalaktikasının ulduzlarını öz daxilinə çəkir. Astronomlar bildiriblər ki, bu iki qalaktikanın birləşməsi hələ ilkin mərhələdədir. Yəni prosesin ən maraqlı hissəsi hələ qabaqdadır. Alimlər qeyd ediblər ki, iki qalaktikanın birləşməsi heç də tamamilə məhv olmaq demək deyil. Belə ki, planetlər ilə ulduzlar arasında məsafə çox böyükdür və buna görə də bu cür kosmik obyektlər iki qalaktikanın birləşməsini ümumiyyətlə hiss etməyə bilərlər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər insan beyni ilə kainat arasındakı oxşarlıqları aşkar ediblər

Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm in..


Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilm..

Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiy..


Elon Musk Mars planetinin terraformalaşdırılmasından və orda olacaq ilk yaşayış ..

Elon Musk artıq uzun illərdir ki, Mars planetində insan koloniyasının yaradılması planını nəzərdən k..


Alimlər: 'Qlobal istiləşmə prosesləri artıq işə düşüb. CO2 səviyyəsinin azaldılm..

Əgər insan sivilizasiyası sabah atmosferə karbon dioksid (CO2) qazının ifrazını tam dayandırsa belə ..


Astronavtların 2024-cü ildə Artemis missiyası çərçivəsində Aya geri qayıtmaları ..

ABŞ senatının qəbul etdiyi yeni qanun layihəsinə əsasən NASA agentliyi Artemis missiyası üçün dövlət..


Ayın görünən tərəfində böyük həcmdə su aşkar edilib

Hər şey gec-tez insanların Ayda koloniya yaradacaqlarına doğru gedir. Lakin belə bir layihədə həyatı..

×