main-post-cover

    Astronomlar: 'James Webb kosmik teleskopu 10 il ərzində yadplanetli həyat növünü aşkar edəcək'

    Süni İntellekt
    25.04.2021
    Farid Pardashunas
        Elm sahəsi uzun illərdir ki, yadplanetli həyat növünün axtarışı ilə məşğul olur. Lakin görünür, yaxın gələcəkdə bu tədqiqatlarda nəzərə çarpacaq nəticələr əldə olunacaq. Alimlərin proqnozlarına əsasən bu, yaxın 5-10 il ərzində baş verəcək. Yeni kəşflərin edilməsində yardımçı olacaq əsas alət isə James Webb adlı kosmik teleskop olacaq. Bu və ya digər hadisələrin öncədən proqnozlaşdırılmasının məşhur üsullarından biri də kompüter modelləşdirilməsidir. Məhz bu üsul vasitəsilə amerikalı alimlər proqnozlaşdırıblar ki, James Webb adlı kosmik teleskop artıq 10 ildən sonra yadplanetli həyat növünün mövcudluğunu sübut edə biləcək.
        Alimlər tərəfindən edilmiş hesablamalar Günəş-Yer sisteminin Laqranj L2 nöqtəsinin ətrafında teleskop orbitinin 6 aya bərabər olmasına əsaslanırlar. Yüksək dəqiqliyə sahib müşahidələrin aparılması üçün isə 10 orbit (5 il) lazım olacaq. Lakin astronomlar təchizatdan məhdud şəkildə istifadə edə biləcəklər. Buna görə də sərf olunacaq müddəti ikiqat qaldırmaq lazımdır. Alimlərin kompüter modelləşdirilməsində mini Neptun sinifinə daxil olan planetlərdən istifadə olunub.
        Həyat növünün mövcud olma ehtimalını sərgiləyən özəlliklər qismində isə atmosferdə bu və ya digər qazın mövcudluğu və bioloji göstəricilərin nisbi molekulyar kütlələri çıxış ediblər. Astronomlar bildiriblər ki, onlar ilk növbədə həyat növünün mövcudluğu ehtimalını sərgiləyən ammonyak qazını axtaracaqlar. Bu cür tədqiqatlar həmçinin teleskopun imkanlarını anlamağa imkan verəcək. Qeyd etmək lazımdır ki, James Webb kosmik teleskopu Hubble kimi orbitdə uzun müddət qala bilməyəcək. Ondan istifadə üzrə növbə qrafiki isə növbəti illərə kimi artıq tərtib olunub. James Webb kosmik teleskopunun bu ilin 31 oktyabr tarixində istifadəyə veriləcəyi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər