Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblər

Astronomlar qara materiyaya sahib olmayan qəribə qalaktikaların izahını veriblər

Süni zəka və Elm
14.09.2020 PAYLAŞIM

    Kainatın istənilən qalaktikasında kütlənin böyük hissəsi görünmür. Belə ki, o, qara materiyadan ibarətdir. Lakin bir neçə müddət bundan öncə astronomlar qara materiyaya sahib olmayan 2 qəribə qalaktika aşkar etmişdilər. Aparılmış yeni tədqiqat bu sirrə aydınlıq gətirib. Məlum olub ki, həmin qalaktikalarda olmuş qara materiyanı onlara qonşu olan digər böyük qalaktika özünə çəkib. Bu barədə New Atlas saytı xəbər verib. Kainatın çoxlu sayda görünməyən materiyadan ibarət olması nəzəriyyəsi keçən əsrin 30-cu illərində irəli sürülmüşdü.

    Həmin vaxtda astrofiziklər görünən kütlənin verdiyi imkanlardan daha sürətli şəkildə hərəkət edən qalaktikaları müşahidə edirdilər. Alimlər güman etmişdilər ki, onların görmədikləri hansısa gizli kütlə mövcuddur və nəticədə onlar həmin kütləni qara materiya adlandırmışdılar. Baxmayaraq ki, qara materiyanın hissəcikləri hələ aşkar edilməyib, növbəti illərdə qara materiyanın mövcud olması barədə sübutlar artmağa başladı.


2018-ci ildə astronomlar maraqlı kəşfi elan etmişdilər. Belə ki, onlar aşkar etmişdilər ki, NGC 1052-DF2 adlı karlik qalaktikası qara materiyaya sahib deyil.

    Görünən materiya kifayət edirdi ki, bu ulduz sisteminin nisbətən aşağı sürətini izah etmək mümkün olsun. 2019-cu ildə isə həmin qalaktikaya bənzər digər bir qalaktika da aşkar edilmişdi. Söhbət, NGC 1052-DF4 adlı qalaktikadan gedir. Kaliforniyadan olan alimlər DF2 ilə DF4 qalaktikalarında qara materiyanın olmama səbəblərini aydılaşdırmağa başladılar. Sadalanmış hər iki qalaktika NGC 1052 adlı daha böyük qalaktikanın ətrafında dövr edirlər. Astronomlar güman edirlər ki, məhz sözügedən həmin böyük qalaktika daha kiçik qalaktikalardan qara materiyanı özünə çəkir. Bu nəzəriyyəni yoxlamaq üçün onlar 3 qalaktika arasındakı qarşılıqlı əlaqəni modelləşdirdilər və hesablamalara güman olunan iki növ qara materiyanı əlavə etdilər.

Hal hazırda ən çox istifadə olunan qara materiya modelinə əsasən qara materiya əslində soyuqdur.

    Yəni qara materiyanın hissəcikləri çox aşağı sürətlə hərəkət edirlər və bir-biriləri ilə qaşılıqlı əlaqədə olmurlar. Digər qara materiya modelinə əsasən isə qara materiya hansısa “qara” güc sayəsində özü-özü ilə qarşılıqlı əlaqədə olur. Bu iki ideya kosmosun strukturunu böyük miqyasda izah edir, lakin qalaktikaların daxilindəki qara materiya mövzusunda müxtəlif nəticələrə gətirib çıxardır. Hər iki nəzəriyyəni modelləşdirərək alimlər öyrəniblər ki, karlik qalaktikaların daxilində qara materiyanın mövcud olmamasını həqiqətən də onlara qonşu olan digər böyük qalaktikanın gücü ilə əlaqələndirmək olar. Lakin  özü-özü ilə qarşlıqlı əlaqədə olan qara materiya nəzəriyyəsi bu prosesi daha sadə şəkildə izah edir. Məsələ burasındadır ki, bu qarşılıqlı əlaqələr daha çox qara materiyanı qalaktikanın mərkəzindən kənar regionlara çıxardır. Nəticədə böyük olan qalaktikalar qara materiyanı özlərinə cəlb edə bilirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çin Kosmik Agentliyinin aparatı Mars səthinə uğurla eniş edib

Mars planetinin orbitində bir neçə ay qaldıqdan sonra Çinin Tianwen-1 adlı kosmik gəmisi uğurlu şəki..


CO2 emissiyası stratosfer qatının kiçilməsinə səbəb olur

Alimlərin hesablamalarına əsasən Yer kürəsinin atmosfer qatının qalınlığı 1980-ci illərlə müqayisədə..


İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ..


Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olun..

Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə ya..


Süni yarpaqlar digər planetlərdə sağ qalmaqda yardımçı olacaqlar

Alimlərdən ibarət beynəlxalq komanda emal olunmuş yosunlar əsasında xüsusi material hazırlayıb və hə..


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..

×