main-post-cover

    Astronomlar Süd Yolu qalaktikasının ən dəqiq 3D atlasını yaradıblar (VİDEO)

    Süni İntellekt
    07.12.2020
    Farid Pardashunas
        Avropa Kosmik Agentliyinin (ESA) astronomları son 7 il ərzində Süd Yolu qalaktikasının irimiqyaslı 3D xəritəsini yaratmaq üzərində çalışıblar. Sonunda onlar bu işin nəticəsini təqdim ediblər. Belə ki, onlar Süd Yolu qalaktikasının dəqiq atlasını təqdim ediblər. Bu barədə 4pda saytı xəbər verib. İrimiqyaslı atlasın yaradılmasında istifadə olunmuş məlumatlar 2013-cü ildən qalaktikanın skan olunması ilə məşğul olan Gaia adlı rəsədxanadan əldə edilib. Süd Yolu qalaktikasının yaradılmış yeni 3D atlası o dərəcədə detallıdır ki, hətta Günəş sisteminin sürətini də təyin etmək mümkündür.
        Tədqiqatçılar əmindirlər ki, bunun köməkliyi ilə Günəş sisteminin necə yarandığını və həmçinin Süd Yolu qalaktikasının ümumi kütləsini təyin etmək mümkün olacaq. Məlumatlar həmçinin kainatın dəqiq genişlənmə sürətini də təyin etməyə imkan verəcək. Astronomların sözlərinə əsasən Günəş sistemi Süd Yolu qalaktikasının mərkəzinə saniyədə 7 mm sürətlənmə ilə hərəkət edir. Yaradılmış xəritədə 2 milyard ulduz əks olunub və onlardan hər birinin sürəti təyin edilib. Alimlər qeyd ediblər ki, əldə edilmiş məlumatlar qalaktikanın keçmişinə və gələcəyinə nəzər salmaqda yardımçı olacaq.
    Карта
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər