Avropa Birliyi dövlətləri süni zəkanın tənzimlənməsi qanununu təsdiqləyiblər
Süni İntellekt
06.02.2024
Emil Nəcəfov
Avropa Birliyinə daxil olan 28 ölkədən 27-nin nümayəndələri süni zəka texnologiyalarının tənzimlənməsinə hədəflənmiş qanun layihəsinin final versiyasını təsdiqləyiblər. Sözügedən qanun layihəsinin final versiyasının təsdiqlənməsinə dair səsvermə Avropa Şurasının Daimi Nümayəndələr Komitəsi çərçivəsində keçirilib. Avropa Komissiyası AI Act adlı qanun layihəsini 2021-ci ildən hazırlayır. Bu qanun layihəsi süni zəka texnologiyalarının vətəndaşların sosial reytinqlərində istifadələrini qadağan edir və üstəlik süni zəkanın tibb və nəqliyyat kimi yüksək riskli sahələrdə ola biləcək risklərinin idarəsi qaydalarını təyin edir.
Bununla yanaşı AI Act qanun layihəsi insanlarla qarşılıqlı əlaqədə olan çat-botlar və digər süni zəka əsaslı tətbiqlər üçün şəffaflığın təmin olunmasını tələb edir. Bununla belə aşağı riskli sistemləri bu qanun layihəsi əhatə etmir. Üçüncü tərəflərə güclü süni zəka modelləri xidmətlərini təklif edən böyük texnoloji şirkətlərə sözügedən qanun layihəsi çərçivəsində xüsusi diqqət ayrılır. Onların fəaliyyətləri Avropa Komissiyasının xüsusi şöbəsi tərəfindən tənzimlənəcək. AI Act qanun layihəsi ilə bağlı ilkin danışıqlar Fransaya görə dayandırılmışdı. Belə ki, Fransa sərt qaydaların Avropa Birliyinə investisiyalar axınını dayandıracaqlarından narahat idi.
Lakin nəticədə tərəflər arasında ortaq məxrəcə gəlinib. Nəticədə AI Act qanun layihəsinin sənədi Avropa Parlamenti tərəfindən təsdiq üçün tam şəkildə hazırdır. Sənədin Avropa Parlamenti tərəfindən təsdiqlənəcəyi halda o, Avropa Birliyinin rəsmi jurnalında dərc olunandan 20 gün sonra qüvvəyə minəcək. Sənəddə qeyd edilmiş bütün qaydaların işə salınmasına isə 2 il vaxt lazım olacaq. Məsələn süni zəkanın vətəndaşların sosial reytinqlərində istifadəsinə qadağa artıq bu ilin payız fəslində qüvvəyə minəcək. Fundamental süni zəka modellərinin tənzimlənməsinə isə 2025-ci ildə start verilməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
ChatGPT-nin bioloji silah yaradılmasında yardımçı olma riski mövcuddur
OpenAI şirkəti özünün GPT-4 dil modelinin bioloji silahın yaradılmasında istifadəsi risklərini qiymətləndirmək üçün araşdırma aparıb.
Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
Microsoft CEO-su Satya Nadella süni zəka ilə bağlı bəzi fikirlərini səsləndirib
Microsoft şirkətinin CEO-su Satya Nadella-nın fikrincə süni zəka imkanlarından təhlükəsiz şəkildə istifadənin zəmanətini təmin etmək üçün texnoloji sektor, dövlət və cəmiyyət öz səylərini birləşdirməlidir.
Musiqiçilərin çoxu süni zəka səbəbilə gəlirlərindən məhrum olacaqlarından narahatdır
Musiqiçilərin çoxu süni zəka səbəbilə gəlirlərindən məhrum olacaqlarından narahatdır
Musiqiçilərin 2/3 hissəsi süni zəka texnologiyalarının sürətlə inkişaf etmələrindən narahatdır.
Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib
Çin yarım il ərzində ictimai istifadə üçün 40 ədəd süni zəka modelinə icazə lisenziyası verib
Verilmiş məlumata əsasən Çinin tənzimləyici orqanları son 6 ay ərzində ictimai istifadə üçün nəzərdə tutulmuş 40 ədəd süni zəka modelinin işə salınmasına icazə veriblər.
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
Texnoloji şirkətlərin süni zəka startaplarına investisiyaları ABŞ tənzimləyici orqanı tərəfindən araşdırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) süni zəka sahəsində fəaliyyət göstərən perspektivli startaplara milyardlarla dollar investisiya yatırmış böyük texnoloji şirkətlər barəsində istintaqa start verib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!