Avropa Birliyi süni zəka ilə bağlı qanun layihəsini rəsmi şəkildə təsdiqləyib
Süni İntellekt
16.07.2024
Emil Nəcəfov
Avropa Birliyi rəsmi şəkildə süni zəka üzrə qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi texnoloji şirkətlərin bu sahə üzrə tənzimlənmələrinə hədəflənmiş kompleksli qaydaları özündə birləşdirir. Sözügedən qanun layihəsinin hazırlanmasına 2 il vaxt sərf edilib. O, süni zəkadan müəyyən istifadə növlərini qadağan edir və tərtibatçıların fəaliyyətlərinə ciddi tələblər irəli sürür. Beləliklə Avropa Birliyi süni zəkanın tənzimlənməsi istiqamətində ciddi adım atıb. Təsdiq edilmiş qanun layihəsi 1 avqust tarixindən qüvvəyə minəcək. O, Avropa Birliyi ərazisində süni zəka texnologiyalarının hazırlanması və tətbiqi mövzularında sərt qaydaları təmin edir.
Bu qanun layihəsi əsasən insan hüquqları üçün təhlükəli ola biləcək süni zəka əsaslı tətbiqlərin istifadəsini qadağan edir. Bununla yanaşı süni zəka vasitəsilə internetdən və müşahidə kameralarından insanların üz təsvirlərinin əldə edilməsi də qadağan edilib. Süni zəka sistemlərinin tərtibatçıları öz texnologiyalarının necə çalışdıqlarına dair şəffaflığı təmin etməli olacaqlar. Onlar həmçinin öz süni zəka sistemlərinin təlimatlandırılmaları prosesində hansı növ məlumatlardan istifadə edildiyini açıqlamalı olacaqlar. Qanun layihəsinə əsasən qaydaların tələbləri 2026-cı ilin avqust ayına kimi yerinə yetirilməlidir.
Lakin kritik vacib infrastruktura inteqrasiya edilmiş və əhalinin məşğulluğuna, səhiyyə və hüquq sahələrinə bilavasitə təsir göstərən daha yüksək riskli süni zəka sistemləri üçün qaydaların tələbləri 2027-ci ilin avqust ayına kimi yerinə yetirilə bilər. Süni zəka üzrə qanunvericiliyin qaydalarının pozulmaları halında bu, böyük cərimələrə səbəb olacaq. Məsələn süni zəkadan müəyyən istifadə növlərinin qadağası qaydasının pozulması halında bu və ya digər şirkət 35 milyon avro (38 milyon dollar) dəyərində və ya onun illik dövriyyəsinin 7%-i həcmində cərimələnəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI şirkəti süni zəka inkişafının yeni yol xəritəsini tərtib edib
OpenAI şirkəti süni zəka inkişafının yeni yol xəritəsini tərtib edib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən bir neçə müddət bundan öncə OpenAI şirkəti daxilində baş tutmuş iclas çərçivəsində şirkət əməkdaşları ümumi süni zəkanın (AGI) inkişafı üzrə yeni yol xəritəsini tərtib ediblər.
OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
OpenAI mülahizə aparmaq bacarığına sahib süni zəka üzərində çalışır
Reuters saytının, OpenAI şirkətinin daxili sənədinə istinadən vermiş olduğu xəbərə əsasən şirkət yeni süni zəka sistemi üzərində çalışır.
Google DeepMind CEO-sunun sözlərinə görə, mövcud süni intellektlər bir pişik qədər ağıllı deyillər!
Google DeepMind CEO-sunun sözlərinə görə, mövcud süni intellektlər bir pişik qədər ağıllı deyillər!
Hansı süni intellekt şirkətindən soruşsanız, sistemlərinin çox ağıllı olduğunu deyəcəklər. Lakin, Google DeepMind CEO-sunun sözlərinə görə, indiki süni intellekt modellərinin IQ səviyyələri hətta bir ev pişiyi qədər yüksək belə deyil.
Çin süni zəka patentləri mövzusunda lider ölkəyə çevrilib
Çin süni zəka patentləri mövzusunda lider ölkəyə çevrilib
Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (WIPO) vermiş olduğu məlumata əsasən Çin süni zəka sahəsində qeydiyyatdan keçirilmiş patentlərin sayı mövzusunda lider ölkəyə çevrilib.
ElevenLabs, süni intellekt seçimlərinə dünyasını dəyişən məşhurların səslərini əlavə edib!
ElevenLabs, süni intellekt seçimlərinə dünyasını dəyişən məşhurların səslərini əlavə edib!
ElevenLabs, kitabları audioya çevirən Reader xidmətinə ölən məşhur adların səslərini əlavə etməyə başlayıb. Şirkət, bunun üçün müəllif hüquqlarının əldə edildiyini bildirib.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!