Logo
    main-post-cover

    Avropa Komissiyası rəsmi press-relizlərin tərcüməsində süni zəkadan istifadə edəcək

        Avropa Komissiyası sənədlərlə çalışma prosesində süni zəkadan istifadə imkanlarını genişləndirib. Belə ki, komissiya insanın iştirakı olmadan press-relizlərin süni zəka sistemləri tərəfindən avtomatik tərcümə edilməsinə icazə verib. Bu pilot layihə çərçivəsində komissiya süni zəka tərəfindən avtomatik olaraq tərcümə ediləcək press-relizləri sürətlə dərc etməyə başlayacaq. Bununla belə dərc ediləcək həmin press-relizlərdə qeyd ediləcək ki, onlar orijinal variantlarla uyğunlaşmaya bilərlər. Eyni zamanda Avropa Komissiyasının əməkdaşları daha dəqiq tərcümə üçün press-relizləri fərdi şəkildə tərcümə edəcəklər. Avropa Komissiyasının bu pilot layihəsi press-relizlərin ingilis, alman, fransız və digər dillərə tərcüməsinə istiqamətlənib. Bununla belə sistem Avropa Birliyinin 24 rəsmi dilini əhatə edəcək.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Avropa Komissiyası rəsmi press-relizlərin tərcüməsində süni zəkadan istifadə edəcək | Technote