
Avropa Kosmik Agentliyi sabah öz tarixində ilk dəfə Yupiterə kosmik aparat göndərəcək
Süni İntellekt
12.04.2023
Emil
Avropa Kosmik Agentliyi (ESA) artıq sabah öz tarixində ilk dəfə Yupiterə kosmik aparatını göndərəcək. Göndəriləcək kosmik aparat Jupiter Icy Moons Explorer (JUICE) adını əldə edib. Sözügedən kosmik aparatın dəyəri 1.6 milyard dollar təşkil edir. JUICE kosmosa Ariane 5 adlı raket vasitəsilə göndəriləcək və daha sonra kosmik aparat saatda 2.5 km sürətlə Yupiterə tərəf istiqamət alacaq. JUICE aparatının Yupiterə uçuşu 8 il davam edəcək və o, 2031-ci ildə planetin orbitinə çatacaq. Məsələ burasındadır ki, kosmik aparatın marşrutu birbaşa Yer kürəsindən Yupiterə düz istiqamətdən təşkil edilməyəcək.
Belə ki, kosmik aparat sürətlənmək üçün digər planetlərin orbitlərinə daxil olmalı olacaq. Bundan əlavə olaraq nəzərə almaq lazımdır ki, Yer kürəsi ilə Yupiter arasındakı məsafə daimi şəkildə dəyişir. Qeyd etmək lazımdır ki, digər məşhur kosmik agentlik olan NASA daha öncə Yupiterə kosmik aparatlar göndərib. Bunlardan biri 1989-cu, digəri isə 2011-ci ildə baş tutub. 1989-cu ildə Yupiterə Galileo adlı, 2011-ci ildə isə Jupiter Polar Orbiter (Juno) adlı kosmik aparat göndərilmişdi. Birinci aparat Yupiterə 6 ilə, ikinci aparat isə 5 ilə çatdı. Yupiterə çatmış ilk aparat Pioneer 10 hesab edilir. O, Yupiterə 2 ildən bir qədər az müddətə (640 gün) çatmışdı.
Yupiterə ən tez çatmış aparatlar arasında rekord göstərici isə Pioneer 11-ə məxsusdur. Belə ki, o, Yupiterə 606 günə çatmışdı. ESA-nın sabah göndərəcəyi JUICE aparatı Yer kürəsi ilə Venera ətrafında manevrlər edəcək və daha sonra o, Yupiterin Qanimed, Kallisto və Avropa adlı ən böyük peyklərinin yaxınlıqlarından keçə biləcək. Alimlərin fikirlərinə əsasən bu peyklərin buzla örtülü səthlərinin alt hissələrində okeanlar mövcuddur. Hətta orda həyat növünün olduğu da istisna deyil. 2031-ci ildən 2035-ci ilə kimi aparat Yupiter ətrafında dövr edəcək. Bu müddət ərzində o ara-sıra peyklərin yaxınlıqlarından keçəcək. 2035-ci ildən sonra isə aparat Yupiterin orbitindən ayrılacaq və Qanimedin orbitinə keçid edəcək.
Paylaş
Bənzər xəbərlər