Avropa Parlamenti süni zəka üçün qaydaları özündə birləşdirən ilk qanunu qəbul edib

Avropa Parlamenti süni zəka üçün qaydaları özündə birləşdirən ilk qanunu qəbul edib

Süni zəka və Elm
15.05.2023 PAYLAŞIM

    Avropa Parlamenti AI Act adlı qanunu qəbul edib. Bu qanun süni zəka sistemlərinin tərtibatçıları üçün müəyyən qaydaları və tələbləri təyin edir. AI Act Avropada süni zəkanın istifadəsini təhlükəsiz, şəffaf, ekoloji və etik etməyə hədəflənib. Bu qanunun qaydaları süni zəka tərəfindən ola biləcək istənilən riskin səviyyəsindən asılı olaraq tərtibatçılar və istifadəçilər üçün öhdəliklər təyin edir.

    İstifadəçilərin təhlükəsizlikləri üçün yüksək risk səviyyəsinə sahib süni zəka sistemləri qadağan ediləcək. Bu cür sistemlərə misal olaraq şüuraltı və ya məqsədyönlü manipulyasiya üsullarından və insanların zəifliklərindən istifadə edən, o cümlədən sosial qiymətləndirmənin aparılmasında istifadə edilən sistemləri gətirmək olar. Avropa Parlamenti həmçinin süni zəkanın tətbiqi qadağan edilmiş sahələrin siyahısını da təqdim edib. Həmin siyahı belədir.


- Real zaman ərzində ictimai yerlər də daxil olmaqla insanların uzaqdan biometrik identifikasiyaları. Bu məsələdə hüquq-mühafizə orqanları istisna ola bilərlər. Lakin bu halda texnologiyadan istifadə icazəsi üçün ilk növbədə məhkəmə qərarı lazım olacaq

- Həssas göstəricilərin (insanın cinsi, irqi, etnik mənsubiyyəti, vətəndaşlığı, dini inancı, siyasi baxışları və s.) istifadəsi ilə insanların biometrik kateqoriyalara ayrılması

- Proqnozlaşdırma xarakterli polis sistemləri

- Hüquq-mühafizə orqanlarında, sərhəd xidmətlərində, iş yerlərində və təhsil müəssisələrində insanların emosiyalarının təyin edilməsi

- İnsanların üz identifikasiyası üzrə məlumatlar bazasının yaradılması üçün sosial şəbəkələrdən və video müşahidə kameralarından biometrik məlumatların fərq qoymadan əldə edilməsi.

    Qanun bu siyahı vasitəsilə yüksək riskə sahib süni zəka sistemlərini təyin edir. Söhbət, insanlara və ətraf mühitə zərər yetirə biləcək sistemlərdən gedir. Bura həmçinin siyasi kampaniyalarda seçicilərə təsirin göstərilməsində istifadə edilən süni zəka sistemləri və sosial şəbəkələrin məsləhət xarakterli alqoritmləri də daxildirlər. Yüksək riskə sahib süni zəka sistemlərinin tərtibatçıları bu qanuna əsasən öz məhsullarının risklərinin qiymətləndirməli və bir qayda olaraq onları Avropanın süni zəka üzrə məlumatlar bazasında qeydiyyatdan keçirtməlidirlər.

    Tərtibatçılar həmçinin süni zəka sistemlərinin təlimatlandırılmasında istifadə edilən məlumatların yüksək keyfiyyətlərini və həmin sistemlərin şəffaflıqlarını təmin etməlidirlər. Çat-botlar kimi aşağı riskə sahib süni zəka sistemlərinin tərtibatçıları istifadəçiləri xəbərdar etməlidirlər ki, onlar real insan ilə deyil, süni zəka əsaslı sistem ilə ünsiyyətdədirlər. Generativ süni zəka sistemlərinə olan əlavə tələb isə ondan ibarətdir ki, həmin sistemlər istifadəçiləri bu və ya digər kontentin süni zəka tərəfindən tərtib olunduğunu söyləməlidirlər.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×