
Ay istiqamətində uçuşda olan Orion kosmik gəmisi Yer kürəsinin fotosunu çəkib
Süni İntellekt
17.11.2022
Emil
Yaxın günlərdə bizləri son 50 ildə ilk dəfə reallaşdırılan yeni Ay missiyasının (Artemis 1) necə davam etdiyi barəsində məlumatlar gözləyir. NASA sonunda SLS raketi vasitəsilə Orion kosmik gəmisini Ay ətrafı uçuşa göndərə bilib. Aya istiqamətlənmiş kosmik gəmi isə öz növbəsində Yer kürəsinin fotosunu çəkərək Yer kürəsinə göndərib. Lockheed Martin şirkəti tərəfindən hazırlanmış Orion adlı kosmik gəmi artıq Ay istiqamətində uçuşdadır. Uçuş prosesi zamanı o, fotolar çəkməklə məşğul olur. Təqdim edilmiş fotonu kosmik gəmi Yer kürəsindən 90 000 km məsafədə olan zaman çəkib. Kosmik gəminin sahib olduğu 16 ədəd kameradan biri SLS raketinin uçuş startından 10 saat sonra Yer kürəsinin fotosunu çəkib. Bu, 1972-ci ildən indiyənə kimi Ay missiyası çərçivəsində çəkilmiş ilk fotodur.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
