main-post-cover

    Ay səthi daha öncə düşünüldüyündən daha yüksək temperatura sahib imiş

    Süni İntellekt
    30.08.2023
    Farid Pardashunas
        Keçən həftə Hindistan Ay səthində fəaliyyət üçün nəzərdə tutulmuş Pragyan adlı robotunu Chandrayaan-3 missiyası çərçivəsində uğurlu şəkildə Ayın Cənub qütbünə endirə bildi. Robot artıq fəaliyyətə başlayıb və Ayın Cənub qütbünün analizi ilə məşğuldur. Robotun ilk göndərmiş olduğu məlkumatlarda qeyd edilib ki, Yer kürəsinin təbii peykinin Cənub qütbünün səthi olduqca yüksək temperatura sahibdir. Bu fakt alimlər üçün gözlənilməz olub. Pragyan-ın tərkibində olan temperatur ölçmə mexanizmi Ay səthinin temperaturunun 10 sm dərinliyə kimi ölçülməsini mümkün edir.
        Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) həmçinin Ay səthinin müxtəlif dərinliklərdəki temperatur dəyişikliyini əks etdirən qrafiki də sərgiləyib. Müsahibələrdən birində ISRO-nun əməkdaşı Darukesha B.H.M. qeyd edib ki, Pragyan tərəfindən əldə edilmiş bu məlumatlar gözlənilməz olublar. “Biz hamımız düşünürdük ki, səthdə temperatur 20-30 dərəcə Selsi təşkil edə bilər. Lakin əslində temperatur 70 dərəcə Selsi təşkil edir. Bu bizim gözlədiyimiz temperatur göstəricisindən yüksəkdir” - deyə ISRO əməkdaşı qeyd edib. Qeyd etmək lazımdır ki, Pragyan robotu Ay səthinə 23 avqust tarixində eniş etdi. O, Ayın az müşahidə edilmiş Cənub qütbünün müşahidəsi ilə məşğul olacaq. Robotun Ay səthində 2 həftə ərzində fəaliyyət göstərəcəyi planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər