Ayın görünən tərəfində böyük həcmdə su aşkar edilib

Ayın görünən tərəfində böyük həcmdə su aşkar edilib

Süni zəka və Elm
02.11.2020 PAYLAŞIM

    Hər şey gec-tez insanların Ayda koloniya yaradacaqlarına doğru gedir. Lakin belə bir layihədə həyatın təmin olunması üçün su ehtiyatı lazımdır. Onu Yer kürəsindən daşımaq isə baha başa gəlir. Lakin bir neçə müddət bundan öncə Yer kürəsinin peyki olan Ayın işıqlı tərəfində nəmişliyin olduğu aşkar edilmişdi. Nəmişlik Ay səthinin 1 metr dərinliyində aşkar edlib. Bu isə orda olan potensial su ehtiyatının çıxarılmasını sadələşdirir. Bu barədə Slashgear saytı xəbər verib. Suyu yerindəcə tapmaq daha asandır nəinki onu başqa yerdən gətirmək. Daha öncədən məlum idi ki, Ayın qaranlıq tərəfində su buz formada mövcuddur. Bir neçə müddət bundan öncə isə alimlər onun izlərini həmçinin Ayın işıqlı tərəfində də aşkar etmişdilər.


    Alimlər suyun izlərini Klavius adlı kraterdə aşkar ediblər. Bu cür kəşfin edilməsində 2009-cu ildən Ay ətrafı orbitdə yerləşdirilmiş Lunar Reconnaissance Orbiter NASA kosmik aparatı və SOFIA adı stratosfer rəsədxanasının infraqırmızı teleskopundan istifadə edilib. Mütəxəssislərin sözlərinə əsasən bu kəşf uzunmüddətli perspektivə sahibdir. İlk növbədə su əvvəllər düşünüldüyündən daha əlçatan ola bilər. Bundan əlavə olaraq Ayda su ehtiyatı proqnozlaşdırılandan daha çox ola bilır. Lakin su ehtiyatının hansı formada mövcud olduğu bilinmir. NASA əmindir ki, 2024-cü ildə Artemis missiyası çərçivəsində Aya yollanacaq astronavtlar yerli su ehtiyatını öz ehtiyacları üçün istifadə edə biləcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər insan beyni ilə kainat arasındakı oxşarlıqları aşkar ediblər

Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm in..


Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilm..

Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiy..


Elon Musk Mars planetinin terraformalaşdırılmasından və orda olacaq ilk yaşayış ..

Elon Musk artıq uzun illərdir ki, Mars planetində insan koloniyasının yaradılması planını nəzərdən k..


Alimlər: 'Qlobal istiləşmə prosesləri artıq işə düşüb. CO2 səviyyəsinin azaldılm..

Əgər insan sivilizasiyası sabah atmosferə karbon dioksid (CO2) qazının ifrazını tam dayandırsa belə ..


Astronavtların 2024-cü ildə Artemis missiyası çərçivəsində Aya geri qayıtmaları ..

ABŞ senatının qəbul etdiyi yeni qanun layihəsinə əsasən NASA agentliyi Artemis missiyası üçün dövlət..


Astronomlar Hubble teleskopu vasitəsilə qalaktik 'kannibalizm'-i müşahidə ediblə..

Alimlərin sözlərinə əsasən 4 milyard ildən sonra bizim Süd Yolu qalaktikamız Andromeda qalaktikası i..

×