Azərbaycan nümayəndələri Sinqapurda süni intellekt standartları müzakirəsində iştirak edib
Süni İntellekt
06.05.2026
Farid
Sinqapurda Beynəlxalq Standartlaşdırma Təşkilatının süni intellekt üzrə Texniki Komitəsinin plenar iclası keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Technote.az xəbər verir ki, iclasa 30-dan artıq ölkənin nümayəndələri qatılıb. Toplantıda beynəlxalq standart layihələri üzrə rəy və təkliflər müzakirə olunub.
İclasda Azərbaycanın süni intellekt strategiyası və rəqəmsal inkişaf planları təqdim edilib. Həmçinin Rəqəmsal İnkişaf Şurasının yaradılması barədə məlumat verilib.
Azərbaycan nümayəndələri “Süni intellekt idarəetməsi və standartları” layihəsi çərçivəsində iştirak ediblər. Sessiyalar zamanı beynəlxalq təcrübə və tənzimləmə yanaşmaları üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, komitə 2017-ci ildə yaradılıb. Bu günədək 41 beynəlxalq standart hazırlanıb və 50 layihə üzərində iş aparılır.
Paylaş