Logo
    main-post-cover

    Azərbaycan süni intellekt üzrə regional əməkdaşlığın genişləndirilməsini dəstəkləyir

        Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan süni intellekt mövzusunda panel müzakirədə çıxış edib. O, süni intellektin iqtisadiyyatın gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması üçün mühüm imkanlar yaratdığını bildirib.
        Technote.az xəbər verir ki, nazir müavini Azərbaycanın milli süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində atdığı addımlar barədə məlumat verib. Onun sözlərinə görə, qəbul olunmuş strateji sənədlər bu sahədə vahid yol xəritəsi rolunu oynayır.
        Çıxışda qeyd olunub ki, Azərbaycanda süni intellekt rəqəmsal transformasiya prosesinin ayrılmaz hissəsi kimi qiymətləndirilir. Bu yanaşma innovasiyalara əsaslanan iqtisadiyyatın inkişafına xidmət edir.
        Saməddin Əsədov vurğulayıb ki, heç bir dövlət süni intellektin bütün imkanlarından təkbaşına tam yararlana bilməz. Bu baxımdan regional əməkdaşlığın əhəmiyyəti xüsusi qeyd edilib.
        Nazir müavini Azərbaycanın birgə rəqəmsal platformalar və süni intellekt sistemlərinin idarə olunması üzrə dialoqu dəstəklədiyini diqqətə çatdırıb. O, İslam İnkişaf Bankının bu istiqamətdə birləşdirici platforma rolunu vurğulayıb.
    Paylaş