Azərbaycan Tibb Universitetində Süni İntellekt Laboratoriyası açılıb
Süni İntellekt
19.06.2026
Farid
Azərbaycan Tibb Universitetində (ATU) Data-analitika və Süni İntellekt Laboratoriyasının açılış mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və elm xadimləri iştirak ediblər.
Technote.az xəbər verir ki, yeni laboratoriya ali tibb təhsili və elmi araşdırmalar mühitində süni intellekt texnologiyalarının tətbiqinə xidmət edəcək. Layihə ölkədə süni intellekt ekosisteminin inkişafına yönəlmiş strateji yanaşmanı dəstəkləyir.
Açılış mərasimində çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli bildirib ki, süni intellekt müasir təbabətin əsas transformasiyaedici amillərindən birinə çevrilib. Onun sözlərinə görə, bu texnologiyaların səhiyyədə tətbiqi getdikcə daha da aktuallaşır.
Rektor vurğulayıb ki, süni intellekt ekosisteminin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə əldə olunan nailiyyətlər ölkələrin qlobal rəqabət qabiliyyətinə birbaşa təsir göstərir.
Yeni laboratoriyanın yaradılması dövlətin süni intellekt və innovasiya sahəsində müəyyən etdiyi strateji hədəflərə uyğun addım kimi qiymətləndirilir. Laboratoriya tibb təhsili və elmi tədqiqatlarda yeni imkanlar yaradacaq.
Paylaş
Bənzər xəbərlər