Azərbaycan üçün enerjidə süni intellekt yol xəritəsi təqdim olunub
Süni İntellekt
06.05.2026
Farid
Dünya İqtisadi Forumunun “Enerjidə Süni İntellekt” təşəbbüsü çərçivəsində 4SİM ilə birgə yeni hesabat hazırlanıb. “Gələcəyin binaları üzrə pilot layihə: Azərbaycanın enerjidə süni intellekt üzrə yol xəritəsi” sənədi nəşr olunub.
Technote.az xəbər verir ki, hesabat kommersiya binalarında süni intellekt texnologiyalarının tətbiqini qiymətləndirir. Sənəddə bu sahə üzrə praktik yol xəritəsi təqdim edilir.
Araşdırmaya görə, süni intellekt tətbiqi enerji istehlakını 25%-dək azalda bilər. Karbon emissiyalarının isə 20–40% intervalında azaldılması mümkündür.
Eyni zamanda investisiyanın geri dönüş müddəti 6–18 ay arasında dəyişir. Bu göstərici həllərin iqtisadi səmərəliliyini təsdiqləyir.
Hesabatda binaların ölkədə enerji istehlakında mühüm paya malik olduğu vurğulanır. Sənəd dövlət-özəl əməkdaşlığı və pilotlardan geniş tətbiqə keçidi əsas istiqamət kimi göstərir.
Paylaş