Azərbaycan və ABŞ kibertəhlükəsizlik və süni intellekt üzrə əməkdaşlığı müzakirə edib
Süni İntellekt
01.05.2026
Farid
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun nümayəndə heyəti ilə görüş keçirilib.
Technote.az xəbər verir ki, tədbir 10 fevral 2026-cı ildə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində təşkil olunub. Görüşdə kibertəhlükəsizlik, rəqəmsal inkişaf və süni intellekt üzrə əməkdaşlıq müzakirə edilib.
Müzakirələrdə dövlət sistemlərində informasiya təhlükəsizliyi, təhlükəsizlik siyasətləri və ölçmə metrikaları diqqət mərkəzində olub. Həmçinin kibergigiyena, kiberdiplomatiya və beynəlxalq kibersiyasət məsələləri nəzərdən keçirilib.
Tərəflər “Software Engineering Institute”, “MITRE” və “CRDF” ilə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Yeni nəsil kibertəhdidlərlə mübarizə üzrə təcrübə mübadiləsi aparılıb.
Görüşdə süni intellekt texnologiyalarının təhlükəsizlik sistemlərinə inteqrasiyası məsələsi də müzakirə olunub. Süni intellekt həllərində məlumat sızması riskləri və təhlükəsizlik tələbləri gündəmə gətirilib.
Qeyd olunub ki, CERT mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu yanaşma kibertəhdidlərə qarşı mübarizənin gücləndirilməsinə yönəlib.
Paylaş