Logo
    main-post-cover

    Azərbaycanda İT və süni intellekt üzrə yeni mərkəz fəaliyyətə başlayıb

        İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və “EPAM” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda yeni mərkəz fəaliyyətə başlayıb. Mərkəz informasiya texnologiyaları və süni intellekt sahəsində insan kapitalının inkişafına xidmət edəcək.
        Technote.az xəbər verir ki, mərkəzdə həyata keçirilən “Karyera Mükəmməlliyi” proqramına hazırda 100 nəfər qəbul olunub. Proqram çərçivəsində artıq 120 nəfər işlə təmin edilib.
        “Karyera Mükəmməlliyi” proqramı “işə götür və öyrət” konsepti əsasında təşkil olunub. İştirakçılar həm işləyir, həm də beynəlxalq standartlara uyğun intensiv təlimlərdə iştirak edirlər.
        Yeni mərkəzdə gənclər yalnız nəzəri biliklər deyil, həm də real layihələr üzərində işləmək imkanı əldə edirlər. Onlar gündəlik iş prosesində iştirak edərək praktiki təcrübə qazanırlar.
        Proqramın müddəti 5 ay təşkil edir. İştirakçılar bu müddətdə “EPAM” komandasının üzvü kimi müxtəlif layihələrdə çalışır və təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar bacarıqlarını inkişaf etdirirlər.
    Paylaş