“AzInTelecom” GITEX AI 2026-da texnoloji həllərini təqdim edib
Süni İntellekt
06.05.2026
Farid
AzInTelecom Qazaxıstanın Almatı şəhərində keçirilən GITEX AI 2026 tədbirində iştirak edib. Şirkət süni intellekt və rəqəmsal həllərini beynəlxalq auditoriyaya təqdim edib.
Technote.az xəbər verir ki, tədbir qlobal texnologiya ekspertlərini bir araya gətirib. “AzInTelecom” stendlə təmsil olunaraq rəqəmsal xidmətlərini nümayiş etdirib.
Şirkət tədbirdə beynəlxalq tərəfdaşlıqların genişləndirilməsini hədəfləyib. Eyni zamanda rəqəmsal həllərin qlobal bazarda tanıdılması məqsəd qoyulub.
Panel müzakirələrdə biometrik texnologiyalar və blokçeyn əsaslı həllər müzakirə olunub. Həmçinin NVIDIA çipləri ilə təchiz edilmiş Superkompüter Mərkəzinin yaradılması diqqətə çatdırılıb.
Tədbir çərçivəsində keçirilən vorkşopda qalibə 1000 manatlıq “AZINCLOUD” vauçeri təqdim olunub. Əlavə olaraq 2 iştirakçı müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Paylaş