
Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin 4.0 versiyasını təqdim edib
Süni İntellekt
17.10.2023
Emil
Çinin Baidu şirkəti özünün Ernie adlı süni zəka modelinin yeni versiyası Ernie 4.0-ı təqdim edib. Şirkətin sözlərinə əsasən sözügedən süni zəka modeli GPT-4 və digər aparıcı süni zəka modelləri ilə rəqabət apara bilir. Şirkətin CEO-su Robin Li Pekində keçirilmiş Baidu World adlı konfransda Ernie 4.0-ın imkanlarını sərgiləyib.
Robin Li-nin sözlərinə əsasən Ernie 4.0-da anlama, əsaslandırma, yaddaş və tərtib etmə funksiyaları reallaşdırılıb. Baidu CEO-su bildirib ki, Ernie 4.0 qəliz sualları və təlimatları başa düşə və suallara cavabların tərtib olunması üçün əsaslandırma ilə məntiqi tətbiq edə bilir. Məlumatda qeyd edilib ki, Ernie 4.0 OpenAI şirkətinin GPT-4 modelindən heç bir özəlliyə görə geri qalmır. Ernie 4.0 hal hazırda məhdud sayda istifadəçi üçün aktivdir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
