
Baş tutacaq Uimbldon tennis turnirində süni zəka şərhçi rolunda çıxış edəcək
Süni İntellekt
22.06.2023
Emil
Uimbldon tennis turnirinin təşkilatçıları IBM şirkəti ilə birgə turnirin bütün online videolarında süni zəkanı şərhçi rolunda istifadə edəcək. Bu xidmət Uimbldonun veb saytında və tətbiqində BBC-dəki yayımdan ayrı şəkildə təklif ediləcək. Məlumatda qeyd edilib ki, işə salınacaq bu xidmət IBM watsonx platformasına əsaslanır. IBM watsonx isə öz növbəsində “unikal tennis dili” əsasında təlimatlandırılıb.
Sistem turnir zamanı baş tutacaq oyunlar barəsində çoxlu sayda məlumatları yığacaq və onları IBM platformasına göndərəcək. Daha sonra həmin məlumatlar IBM-in süni zəka modelləri tərəfindən emal ediləcək. Emal prosesinin sonunda əldə ediləcək nəticələr xüsusi çat-bota göndəriləcək və çat-bot öz növbəsində təbii dildə şərhlər tərtib edəcək. Digər alqoritm isə çat-bot tərəfindən tərtib edilmiş şərhləri səsləndirəcək. Qeyd etmək lazımdır ki, növbəti Uimbldon tennis turniri 3 iyuldan 16 iyula kimi baş tutacaq.
Paylaş
Bənzər xəbərlər