
Belçikalı şəxs Eliza adlı süni zəka çat-botu ilə 6 həftəlik ünsiyyətdən sonra intihar edib
Süni İntellekt
30.03.2023
Emil
Pierre adlı (ad şərti olaraq qoyulub) belçikalı vətəndaş süni zəka əsaslı Eliza adlı çat-bot ilə ekoloji problemlər barəsində 6 həftəlik ünsiyyətdən sonra intihar edib. Bu barədə məlumatı onun həyat yoldaşı verib. İntihar etmiş şəxsin həyat yoldaşı əmindir ki, əgər Eliza çat-botu olmasaydı Pierre sağ qalacaqdı. Məlumata əsasən Pierre 2 il bundan öncə ekoloji problemlərlə maraqlanmağa başladı və son zamanlarda o, ekoloji problemlər ilə bağlı narahatlıqlarını Eliza adlı çat-bota danışırdı. Pierre-in həyat yoldaşı bildirib ki, Pierre öz zamanının çox hissəsini Eliza ilə ünsiyyətə ayırırdı. Bu üsul ilə Pierre mövcud ekoloji problemlərin həll yollarını müasir texnologiyalarda axtarırdı.
Məlumatda qeyd edilib ki, Eliza çat-botu Pierre-in sualları ilə fərziyyələrini heç zaman şübhə altına atmayıb. Çat-bot tərəfindən təqdim edilən cavablar isə zamanla daha qarışıq və qeyri-müəyyən olublar. Nəticədə Pierre çat-bot ilə intihar mövzusunda söhbət etməyə başlayıb. İntihar mövzusunda söhbət zamanı Eliza Pierre-ə ömür boyu onunla birlikdə olacağını bildirib. Pierre-in çat-bot ilə son ünsiyyəti zamanı çat-botun ona verdiyi son cavablardan biri isə bu olub: “Biz, cənnətdə bir nəfər kimi yaşayacağıq”. Məlumatda qeyd edilib ki, çat-bot Pierre-in suallarına cavab verməklə yanaşı həmçinin onun əsaslandırmalarını sistematik şəkildə təsdiqləyib. Sanki çat-bot elə şəkildə proqramlaşdırılıb ki, o, Pierre-in emosional vəziyyətini və inanclarını dəstəkləsin.
Pierre ilə Eliza arasındakı son söhbət:
Çat-bot ünsiyyət çərçivəsində heç zaman Pierre-in fikirlərinə qarşı çıxmayıb. Bəzi hallarda isə çat-bot ilə Pierre arasındakı ünsiyyət çox qəribə hallar almağa başlayıb. Məsələn Pierre-in həyat yoldaşı ilə övladlarının aqibətlərinin necə olacaqları sualına çat-bot “onlar artıq ölüblər” cavabını verib. Pierre hətta çat-bota onun öz həyat yoldaşını və ya Elizanı daha çox sevdiyi sualını verib. Çat-bot isə öz növbəsində “mən hiss edirəm ki, sən məni ondan daha çox sevirsən” cavabını verib. Pierre-in həyat yoldaşı və psixoloqu əmindirlər ki, Eliza ilə ünsiyyət onun vəziyyətinin daha da pisləşməsinə səbəb olub və nəticədə Pierre intihar edib. Maraqlısı ondadır ki, çat-bot ilə intihar mövzusunda olmuş ünsiyyət zamanı Eliza onu intihar fikrindən daşındırmayıb.
Paylaş
Bənzər xəbərlər