Ben Affleck-in AI startapı Netflix tərəfindən satın alındı
Süni İntellekt
12.03.2026
Ilhama
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, son dövrlər süni intellektin kino sənayesini tamamilə dəyişdirəcəyi barədə çox danışılır. Lakin hazırda bazarda olan generativ video modellərinin, məsələn, Sora, Veo və Runway kimi alətlərin hələ də tammetrajlı film və ya serial istehsalı üçün kifayət qədər güclü olmadığı düşünülür. Buna baxmayaraq, yeni bir yanaşma formalaşır: xüsusi layihələr üçün hazırlanmış “bespoke” (fərdi) AI modelləri.
Bu istiqamətdə ən diqqətçəkən addımlardan biri Netflix-in Ben Affleck tərəfindən 2022-ci ildə qurulan InterPositive adlı süni intellekt startapını satın almasıdır. Bloomberg-in məlumatına görə, bu müqavilənin dəyəri 600 milyon dollara qədər ola bilər. Netflix artıq bəzi layihələrdə generativ AI-dan istifadə edib, lakin bu alış şirkətin texnologiyanı gələcək strategiyasının əsas hissəsinə çevirmək istədiyini göstərir.
Ben Affleck bildirib ki, InterPositive komandası xüsusi studiya şəraitində çəkilmiş geniş və nəzarət olunan video materiallardan ibarət özəl məlumat bazası yaradıb. Bu məlumat bazası üzərində qurulan model kinorejissorların və operatorların istifadə etdiyi terminologiya və iş üsullarına uyğunlaşdırılıb. Məqsəd isə performansları deyil, daha çox kino texnikalarını öyrədən bir AI sistemi qurmaq olub. Süni intellekt texnologiyalarının tərəfdarları hesab edir ki, belə alətlər film istehsalını daha sürətli və daha ucuz edə bilər. Studiyalar üçün bu, daha çox layihə istehsal etmək və xərcləri azaltmaq imkanı deməkdir. Lakin tənqidçilər qeyd edirlər ki, bu prosesin yaradıcı işçilər üçün hansı real faydaları olacağı hələ də aydın deyil.
Paylaş