
Bennu adlı asteroidin nümunələrində su aşkar edilib
Süni İntellekt
12.10.2023
Emil
NASA mütəxəssisləri Bennu adlı asteroiddən əldə edilmiş nümunələrin ilkin test nəticələrini təqdim ediblər. Qeyd etmək lazımdır ki, asteroidin nümunələri sentyabr ayının sonunda OSIRIS-REx kosmik aparatı vasitəsilə Yer kürəsinə çatdırılmışdı. NASA mütəxəssisləri nümunələrin kimyəvi tərkiblərini açıqlamaqla yanaşı onların əks olunduqları fotonu da təqdim ediblər. Təqribi olaraq 4.5 milyard il yaşı olan Bennu adlı asteroiddən əldə edilmiş nümunələrin analizləri zamanı onların tərkiblərində karbonun mövcudluğu aşkar edilib. Lakin ən maraqlısı ondadır ki, nümunələrin tərkiblərində su da mövcud olub. Karbon ilə su isə biloji həyat növünün formalaşması üçün nəzərdə tutulmuş əsas inşa bloklarından biridirlər. NASA mütəxəssisləri Bennu asteroidindən əldə edilmiş nümunələrin analizlərinə davam edəcəklər.

Paylaş
Ən çox oxunanlar

HUAWEI WATCH 5-ZAMANI AŞAN DİZAYN VƏ PREMİUM KEYFİYYƏT ESTETİK GÖRÜNÜŞ VƏ DÖZÜMLÜ KORPUS
