
Bill Gates: "Süni zəka vasitəsilə 3 günlük iş həftəsi real ola bilər"
Süni İntellekt
24.11.2023
Emil
“What Now?” adlı podkasta müsahibə vermiş Bill Gates süni zəka texnologiyasının sürətli inkişafı barəsində fikirlərini səsləndirib. Süni zəka texnologiyalarının iş yerlərini ixtisar edə bilib-bilməyəcəkləri sualına cavab olaraq Gates bildirib ki, bu, gələcəkdə insanların indiki kimi çox çalışmalarına ehtiyac olmamasının əsas səbəblərindən biri olacaq. Onun sözlərinə əsasən robotlar məhsulların istehsalı kimi müəyyən öhdəlikləri öz üzərlərinə götürə bilərlər. Gates-in fikrincə bu öz növbəsində işçilərin məşğulluq səviyyələrini aşağı salacaq və iş həftəsini 3 günə endirəcək.
Elon Musk və Steve Wozniak kimi şəxslərdən fərqli olaraq Gates təkmilləşdirilmiş süni zəkanın yaradılması prosesinin dayandırılmasına çağırışlar etmir. Bu ilin mart ayının sonunda o, “Süni zəka dövrü başladı” adlı məqaləsini dərc etmişdi. Sözügedən məqalədə Gates süni zəka ilə bağlı fikirlərini detallı şəkildə qeyd etmişdi. Microsoft şirkətinin həmtəsisçisi düşünür ki, süni zəka kimi müasir texnologiyalar bir çox sahəni tamamilə dəyişə bilərlər. Bura həmçinin təhsil və səhiyyə sahələri də daxildirlər. Lakin bununla belə Gates süni zəka texnologiyasına sahib insanlar tərəfindən ola biləcək riskləri də qeyd edib.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
