main-post-cover

    Bill Gates ChatGPT-nin gələcəyilə bağlı fikirlərini səsləndirib

    Süni İntellekt
    13.02.2023
    Farid Pardashunas
        Handelsblatt adlı qəzetə müsahibə verən zaman Microsoft şirkətinin həmtəsisçisi Bill Gates hal hazırda çox məşhur olan süni zəka əsaslı ChatGPT çat-botunun gələcəyi barəsində fikirlərini səsləndirib. Onun sözlərinə əsasən bu cür texnologiyalar yaxın zamanda dünyanı dəyişə bilərlər. Bu cür süni zəkanın yaradılması isə öz növbəsində internetin ixtirası kimi vacib bir hadisəyə çevrilə bilər. Müsahibə zamanı Bill Gtes bildirib ki, çat-botun təqdim etdiyi təbii cavablar böyük məna kəsb edir
        “Ha hazırda süni zəka sistemləri oxuya və yaza bilirlər. Lakin onlar oxunanların və yazılanların tərkib hissələrini anlaya bilmirlər. ChatGPT kimi yeni süni zəka sistemləri elektron məktubları və ya maliyyə məsələlərində qaimə-fakturaları tərtib edərək bir çox ofis işi proseslərinin effektivliklərini yüksəldəcəklər. Bu, bizim dünyamızı dəyişəcək” - deyə Bill Gates qeyd edib. İT mütəxəssislərin fikirlərinə əsasən ChatGPT inanılmaz dialoq səviyyəsinə çatır və mətnləri çox sürətlə tərtib edir.
        O, artıq proqram təminatı kodlarını və müxtəlif mövzular ətrafında mətnləri tərtib edə bilir. Təbii ki, onun tərtib etmiş olduğu məlumatlara müxtəlif düzəlişlər əlavə etmək lazım gəlir. Bu mənada insan faktoru hələ də vacib rol oynayan tərəfdir. Microsoft ChatGPT-nin yaradıcısı OpenAI şirkətinə artıq külli mqdarda investisiya yatırıb. Keçən həftə isə şirkət ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan funksiyaları Bing axtarış sisteminə və Edge brauzerinə inteqrasiya etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər