main-post-cover

    Bill Gates, koronavirusdan daha ciddi olacaq problem barəsində xəbərdarlıq edib

    Süni İntellekt
    08.08.2020
    Emil Nəcəfov
        Bir neçə il ərzində Bill Gates yeni növ infeksiyanın yarana biləcəyinə qarşı hazırlıqlı olmağın vacibliyini bildirirdi. Nəticədə koronavirus ortaya çıxandan sonra Bill Gates konspiroloqlar arasında şübhəli şöhrət qazandı. Koronavirus pandemiyası onun qorxularını təsdiqləyəndən sonra Bill Gates koronavirusdan daha ciddi olacaq bir problem barəsində xəbərdarlıq edir. Söhbət, iqlim dəyişikliyindən gedir. O əmindir ki, iqlim fəlakəti hər il koronavirusdan 5 dəfə daha çox adamın həyatına son qoyacaq.
        Qeyd etmək lazımdır ki, koronavirus 6 ay ərzində artıq 700.000 nəfər insanın həyatına son qoyub. Bu barədə Business Insider xəbər verib. Bill Gates, koronavirusdan ölüm səviyyəsini hər il yüksələn temperatur səbəbilə baş verəcək ölümlərin artım səviyyəsi ilə müqayisə edib. Onun fikrincə 2100-cü ilə kimi iqlim dəyişikliyi koronavirusdan 5 dəfə daha ölümcül ola bilər.
        “Koronavirusun nə dərəcədə qorxunc olmasına baxmayaraq iqlim dəyişikliyi daha qorxunc ola bilər. Əgər siz iqlim dəyişikliyinin nə dərəcədə zərər verəcəyini anlamaq istəyirsinizsə, COVID-19-a nəzər yetirin və ondan baş vermiş bütün əzabları daha uzun zaman müddətinə uzadın. Əgər biz, qlobal iqlim dəyişikliyinə qalib gəlməsək, pandemiyanın gətirdiyi ölüm və səfalət mütəmadi şəkildə baş verəcək hallardan olacaq” - deyə Bill Gates qeyd edib. İqtisadiyyata dəyəcək zərər də eyni səviyyədə ola bilər. Bu halda hökumətlər hər 10 ildən bir ekoloji böhranın yumşaldılması üçün külli miqdarda vəsaitlər sərf etməli olacaqlar. “Əgər dünya karbon qazı ifrazının səviyyəsini əvvəlki kimi saxlasa, əsrin sonuna vəziyyət çox pis ola bilər” - deyə Bill Gates əlavə edib.
    Linki kopyala