Reklam
Bill Gates, koronavirusla bağlı yeni proqnozunu verib

Bill Gates, koronavirusla bağlı yeni proqnozunu verib

Süni zəka və Elm
11.08.2020 PAYLAŞIM

    Bill Gates-in fikrincə pandemiyanın sonu artıq görünür. Lakin varlı ölkələr üçün o daha parlaq görünür. Həmin ölkələr normal həyat tərzinə artıq 2021-ci ilin sonunda qayıda biləcəklər. Yerdə qalan dövlətlər isə 1 il də gözləməli olacaqlar. Bununla yanaşı Bill Gates narahatdır ki, Rusiya və Çin hökumətləri öz vətəndaşlarına lazımi testlərdən keçməmiş vaksini vura bilsinlər. ABŞ-da bu cür hal mümkün deyil. Onun fikrincə vaksin digər ölkələr ilə müqayisədə ABŞ-da 4 ay sonra ortaya çıxsa bunda qorxulu heç bir şey yoxdur. Bu barədə Business Insider saytı xəbər verib. Bill Gates-in fikrincə koronavirusun yayılmasının qarşısını almaq və vaksinin hazırlanması üçün verilmiş səylər öz bəhrəsini verməyə başlayıb. Tunelin sonundakı işıq artıq görünür.

Lakin Bill Gates-in sözlərinə əsasən təəssüflər olsun ki, pandemiya tam şəkildə yarım ildən sonra yox il yarımdan sonra bitəcək.

    “Diaqnostikanın əhatə sahəsini artırmaq üçün olan innovasiyaların inteqrasiyası, yeni terapevtik üsulların və vaksinlərin yaranması həqiqətən də diqqəti cəlb edir. Və bu cür hallar məni düşündürməyə vadar edir ki, varlı dövlətlərdə buna 2021-ci ilin sonunda qalib gələ bilərik. Ümumilikdə bütün dünyada isə bu, 2022-ci ilin sonuna bitəcək” - deyə Bill Gates qeyd edib.


    Onun fikrincə Rusiyada və Çində vaksin istehsalçılarına təzyiq o qədər yüksəkdir ki, vətəndaşlara effektivlik və təhlükəsizlik testlərindən keçməmiş vaksinlər vura bilərlər. ABŞ-da sanitar nəzarət üzrə idarəetmə (FDA) bu cür halın baş verməsinə yol verməz. Buna görə də ABŞ-da vaksin 3-4 ay gecikmə ilə təqdim ediləcək. Lakin buna baxmayaraq Gates etiraf edib ki, hətta ABŞ-da da hər şey bu qədər yaxşı deyil. Belə ki, insanların effektiv şəkildə COVID-19 testlərindən keçmələri qarşısında duran ən böyük əngəl “axmaqlıq”-dır. ABŞ-da aparılmış testlərin böyük hissəsi faydasız olub.

    Çünki testlərin cavabları çox gec (1 həftədən çox) çıxır. Buna görə də o bu məsələnin həllini belə üsul ilə təklif edir: Laboratoriyalar testlərə görə yalnız o halda ödəniş almalıdırlar ki, onlar testlərin nəticələrini 48 saat ərzində təqdim edə bilsinlər. “Təbii ki, onlara testlərin aparılma müddəti maraqlı deyil. Çünki ödəniş hər ehtimalda ediləcək. Onlar hər bir müştərini buna cəlb edəcəklər. Çünki onlar bu üsulla külli miqdarda vəsaitlər qazanırlar. Bunun üçün xüsusi ödəniş sistemi yaradılmalıdır. Həmin ödəniş sistemində müştəri 24 saat ərzində təqdim edilmiş test cavabına görə əlavə pul ödəməli, 48 saat ərzində təqdim edilmiş test cavabına görə standart vəsait ödəməli, test cavabı 48 saatdan sonra veriləndə isə müştəri ümumiyyətlə heçnə ödəməməlidir” - deyə Bill Gates bildriib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinli alimlər qan damarları vasitəsilə beyin implantını keçi beyninə yerləşdiri..

Beyin implantının beyinə yerləşdirilməsi cərrahiyyə əməliyyatının keçirilməsini tələb edir və bu cür..


Kosmosun ən uzaq məsafəsinə nəzər yetirmək: James Webb teleskopu yeni rekorda ha..

12 iyul tarixində astronomiya sahəsində növbəti vacib hadisə baş verəcək.


Günəş sistemindən kənarda yerləşən planetlərdə çətin şərtlərə adaptasiya olmuş h..

İsveçrəli alimlərin fikirlərinə əsasən “həyat üçün potensial münbit şəraitə sahib ekzoplanet” anlayı..


Süd Yolu qalaktikasının ən böyük ulduzu öz həyat dövrünün sonuna yaxınlaşır..

VY Canis Majoris adlı qırmızı hipernəhəng ulduz Yer kürəsindən 3900 işıq ili uzaqlığında Böyük Köpək..


Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməs..

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq müh..


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..

×