
Bill Gates süni zəka ilə bağlı yeni proqnozlarını açıqlayıb
Süni İntellekt
20.12.2023
Emil
Bill Gates yaxın illərdə süni zəkanın təsiri ilə bağlı proqnozlarını açıqlayıb. Onun fikrincə süni zəka texnologiyası iş yerlərini, səhiyyə və təhsil sahələrini tamamilə dəyişəcək. Gates-in fikrincə ABŞ kimi yüksək əmək haqqı səviyyəsinə sahib ölkələr yaxın 1.5-2 il ərzində aktiv şəkildə süni zəka texnologiyasının inteqrasiyasına başlayacaqlar. İş yerlərində süni zəka texnologiyaları bir növ ikinci pilot qismində çıxış edəcəklər. Belə ki, həmin texnologiyalar işçilərə müəyyən tapşırıqları yerinə yetirməkdə yardımçı olacaqlar.
Gates-in sözlərinə əsasən bəzi şirkətlər bu mövzuda işçilərin təlimatlandırılması üçün artıq daxili süni zəka alətlərini yaradıblar. Tibb sahəsində alimlər süni zəkanı virusların antibiotiklərə dözümlü olmaları ilə mübarizədə, riskli hamiləlik xəstəliklərinin müalicə olunmasında və s. istifadə edirlər. Gates bildirib ki, tibb sahəsindəki bu cür texnologiyalar hələ erkən hazırlanma mərhələsindədirlər. Təhsil sahəsinə gəldikdə isə Gates bildirib ki, o, süni zəka əsasında olacaq adaptiv təhsil platformalarında böyük potensial görür.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
