main-post-cover

    Bill Gates: 'Süni zəkanın inkişafını məhdudlaşdırmaq mənasızdır'

    Süni İntellekt
    05.04.2023
    Farid Pardashunas
        Microsoft şirkətinin təsisçisi və keçmiş CEO-su Bill Gates hesab edir ki, texnoloji inkişaf ilə mübarizə aparmaq və süni zəka texnologiyalarını məhdudlaşdırmaq mənasızdır. Bununla belə o düşünür ki, bunu hətta istədikdə belə reallaşdırmaq artıq mümkün deyil. Reuters saytına müsahibəsi zamanı Gates bildirib ki, bu istiqamətdə texnologiyaların hazırlanmasını dayandırmaq çox çətindir. Söhbət əgər qlobal miqyasda gedirsə, bu, ümumiyyətlə mümkün deyil.
        Buna görə də süni zəkanın bizim cəmiyyətimizi necə yaxşı vəziyyətə sala biləcəyini düşünmək üçün diqqət ayırmaq lazımdır. “Düşünmürəm ki, konkret bir qrupa müraciət vasitəsilə süni zəkanın inkişafını dayandırmaq mümkündür. Aydındır ki, bu texnologiyada böyük üstünlüklər var. Lakin biz riskləri də nəzərə almalıyıq” - deyə Bill Gates qeyd edib. Bill Gates çox zaman süni zəka barəsində müsbət fikirlər səsləndirir. Onun fikrincə bu istiqamətdə inkişaf təhsilin, qlobal səhiyyə sisteminin yaxşılaşdırılmasına şərait yaradacaq və iqlim problemini həll edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər