Bir neçə ildən sonra texnoloji şirkətlər hər il süni zəkaya 500 milyard dollardan çox vəsait sərf edəcəklər
DeepSeek-in təsiri texnologiya nəhənglərini hesablama infrastrukturu xərclərini artırmağa vadar edir. Bloomberg Intelligence analitiklərinə görə, DeepSeek-in süni zəka bazarında meydana çıxması qlobal İT sektorunda hesablama infrastrukturu xərclərinin artmasına səbəb olub. 2024-cü ildə Microsoft, Amazon və Meta Platforms kimi iri bulud xidmətləri təminatçıları bu sahəyə 371 milyard dollar inestisiya yatıracaqlar. Bu, ötən illə müqayisədə 44% çoxdur. Analitiklərin proqnozlarına əsasən, 2032-ci ilə qədər texnologiya nəhənglərinin bu sahəyə illik xərcləri 525 milyard dollara çatacaq. Xüsusilə DeepSeek-in inkişafı və bazara çıxışı bu xərclərin daha sürətlə artmasına səbəb olacaq.
Bundan başqa, investisiya prioritetləri dəyişikliyə uğrayacaq və diqqət əsasən düşünən süni zəka modellərinə yönələcək. Bu tendensiyanı OpenAI-nın fəallığı da gücləndirir. Bu proqnoz, müəyyən mənada, süni zəka sistemləri üçün komponentlər tədarük edən şirkətlərin investorlarının narahatlıqlarını azaltmağa yönəlib. Bəzi investorlar hesab edirdilər ki, DeepSeek-in daha az hesablama resursu tələb edən effektiv dil modelləri təqdim etmək bacarığı xüsusi təyinatlı avadanlıq tədarükü xərclərini azalda bilər. Rasional süni zəkanın yayılması eyni zamanda maliyyə axınlarının yenidən bölüşdürülməsinə səbəb olacaq. Bu nəsil modellər tərtibatçılara proqram təminatını monetizasiya etmək üçün daha çox imkanlar təqdim edəcək.
Xərclər baxımından əsas yük təlim mərhələsindən istismar mərhələsinə keçəcək. Nəticə etibarilə, modellərin təliminə çəkilən xərclər DeepSeek həlləri ortaya çıxmazdan əvvəlki dövrlə müqayisədə daha yavaş artacaq. Lakin bu tendensiya rasional süni zəkaya olan xərclərin artması ilə kompensasiya olunacaq. Bu il tərtibatçıların modellərin təliminə çəkdikləri xərclər onların ümumi xərclərinin 40%-dən çoxunu təşkil edəcək, lakin 2032-ci ilə qədər bu nisbət 14%-ə düşəcək, deyə Bloomberg Intelligence analitikləri bildirir. Bu dövrə qədər rasional süni zəka ümumi investisiyaların yarısını özünə cəlb edəcək. Öz çiplərinə sahib olan Google yeni şəraitə daha sürətlə uyğunlaşa biləcək, lakin NVIDIA-nın həllərindən asılı olan Microsoft və Meta kimi şirkətlər üçün bu keçid daha çətin olacaq.