Birləşmiş Ərəb Əmirliklərinin kosmik aparatı Marsın keyfiyyətli rəngli fotosunu göndərib

Birləşmiş Ərəb Əmirliklərinin kosmik aparatı Marsın keyfiyyətli rəngli fotosunu göndərib

Süni zəka və Elm
15.02.2021 PAYLAŞIM

    Birləşmiş Ərəb Əmirlikləri (BƏM) tərəfindən göndərilmiş Hope adlı kosmik gəmi artıq Mars planetinin orbitinə yaxınlaşıb. Bu münasibətlə Dubay səmasında Marsın iki peyki olan Fobos ilə Deymos-un holoqramları əks olunmuşdu. İndi isə Hope kosmik gəmisi Marsın keyfiyyətli rəngli fotosunu göndərib. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Çinin Tianwen-1 adlı kosmik aparatı da Mars planetinin fotosunu göndərmişdi. Lakin Çinin kosmik aparatının göndərdiyi foto ağ-qara rəngdə idi. Hope kosmik gəmisi isə planetin rəngli fotosunu göndərib. Sözügedən foto planetin səthindən 24.700 km hündürlükdə çəkilib.


    Fotonun özündə isə Günəş sisteminin ən böyük vulkanı olan Olimp əks olunub. Bu vulkan artıq sönmüş vəziyyətdədir. Qeyd etmək lazımdır ki, Mars planetinə demək olar eyni vaxtda 3 kosmik aparat yaxınlaşıb. Onlardan biri ABŞ-a, ikincisi Çinə, üçüncüsü isə Birləşmiş Ərəb Əmirliklərinə aiddir. BƏM-in göndərmiş olduğu kosmik aparat 7 əmirliyin birləşməsinin 50 illiyinə həsr olunub və Marsdakı hava şəraitinin analizi üçün nəzərdə tutulub. Bu ilin sentyabr ayından başlayaraq həmin kosmik aparat Yer kürəsinə böyük həcmli məlumatların göndərilməsi ilə məşğul olacaq və həmin məlumatlar dünyanın bütün alimləri üçün əlçatan olacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Harvard Universiteti yadplanetli texnologiyaların axtarışı üçün Galileo adlı lay..

Tədqiqatçılardan ibarət beynəlxalq qrup Harvard Universitetinin astronomlarının rəhbərliyi altında G..


Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'..

İsveçrədən olan alimlər aşkar ediblər ki, keçən il Sibirdə, bu il isə Kanadanın qərb hissəsində müşa..


NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək..

NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata ..


Alimlər Mars planetinin daxili strukturunu öyrənə biliblər

NASA özünün InSight missiyasının 2 illik işindən sonra Mars planetinin daxili strukturunu öyrənə bil..


İqlim dəyişikliyi bir çox ölkənin balıqçılıq sahəsinə ciddi zərər vuracaq..

Əhalini balıqçılıq sayəsində qida ilə təmin edən ölkələrdə iqlim dəyşiklikləri balıqların saylarının..


Buludlar qlobal istiləşmə prosesini gücləndirəcəklər

Peyklər vasitəsilə əldə olunmuş fotoların yeni növ analizi buludların qlobal istiləşməyə təsirləri b..

×