main-post-cover

    BKS-in (Beynəlxalq Kosmik Stansiya) 2030-cu ilə qədər fəaliyyət göstərəcəyi təsdiqlənib

    Süni İntellekt
    28.04.2023
    Farid Pardashunas
        BKS (Beynəlxalq Kosmik Stansiya) hələ bir neçə il ərzində fəaliyyət göstərəcək. Bunu sözügedən layihədə iştirak edən ölkələr təsdiqləyiblər. NASA, ESA (Avropa Kosmik Agentliyi), Kanada və Yaponiya BKS layihəsində 2030-cu ilə qədər iştrak edəcəklərini açıqlayıblar. Rusiya isə bu layihədə 2028-ci ilə qədər iştirak etməyi planlaşdırır. NASA-nın rəhbəri Bill Nelson ABŞ Konqressində çıxış edən zaman bildirib ki, BKS artıq köhnəlib.
        Bu səbəbdən də NASA özəl aerokosmik şirkətlərlə əməkdaşlıq çərçivəsində kommersiya məqsədli yeni kosmik stansiyalar yaratmağı planlaşdırır. Gözləntilərə əsasən BKS ya 2030-cu ya da 2031-ci ildə Yer kürəsinin orbitindən aşağı salınaraq okeanda batırılacaq. Qeyd etmək lazımdır ki, 470 ton ağırlığında olan BKS 20 noyabr 1998-ci il tarixində fəaliyyət göstərməyə başlamışdı. Bu layihədə 14 ölkə iştirak edir. ABŞ, Kanada, Yaponiya, Rusiya, Belçika, Almaniya, Danimarka, Norveç, Fransa, İsveç, İsveçrə, İtaliya, İspaniya və Niderland. 1998-ci ildən indiyənə kimi BKS-ə 20 ölkədən ümumilikdə 266 nəfər insan göndərilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər