main-post-cover

    BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb

    Süni İntellekt
    20.09.2021
    Emil Nəcəfov
        Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi barəsində çağırışlar daha çox olur. Bu cür strategiyanı həmçinin BMT-nin insan hüquqları üzrə ali komissarı Michelle Bachelet də dəstəkləyir. O bildirib ki, bütün ölkələrin hakimiyyətləri bu cür texnologiyaların yaradılması ilə istifadəsi üzərində idarəetməni gücləndirməlidirlər. Ali komissar həmçinin insan hüquqları üzrə beynəlxalq qanunvericiliyə zidd olan bəzi süni zəka tətbiqlərinin də qadağan olunmasının tərəfdarıdır. Buna misal olaraq insanların sosial qiymətləndirilməsi ilə bağlı çalışan tətbiqləri gətirmək olar.
        Komissar bildirib ki, hal hazırda süni zəka texnologiyalarının kimsə tərəfindən məsuliyyətli şəkildə istifadə etmək zəmanəti yoxdur. Buna görə də dövlətlər bu cür texnologiyaların istifadəsini məhdudlaşdırmalıdırlar. Əgər bu baş verməsə, insan hüquqlarına toxunan alqoritmlər heç bir nəzarət olmadan çalışmağa davam edəcəklər və bu öz növbəsində vətəndaşlara daha çox zərər verəcək. Onun sözlərinə əsasən müxtəlif alqoritmlər artıq insanların gündəlik həyatlarında iştirak edirlər. Dövlət xidmətlərinin təqdim edilməsindən tutmuş insanların internetdə izlədikləri kontentlərə kimi.
    Linki kopyala