
BMT-nin baş katibi süni zəka mövzusunda böyük texnoloji şirkətləri tənqid edib
Süni İntellekt
19.01.2024
Emil
BMT-nin baş katibi Antonio Guterres Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edən zaman böyük texnoloji şirkətləri tənqid edib. Onun fikrincə böyük texnoloji şirkətlər süni zəka üzərindən böyük gəlirlərin əldə edilməsi üçün təmkinsiz yarışa giriblər. Guterres-in sözlərinə əsasən sürətlə inkişaf edən süni zəka sahəsi ilə bağlı risklərin aşağı salınmasına istiqamətlənmiş tədbirlər təcili sürətdə görülməlidir.
“Böyük texnoloji şirkətlər insan hüquqlarına, özəl konfidensiallığa və sosial nəticələrə etinasızlıq göstərərək artıq böyük gəlirləri təqib edirlər” - deyə Guterres qeyd edib. BMT-nin baş katibi süni zəka texnologiyalarının istifadəsi mövzusunda məhdudlaşdırıcı maneələrin yaradılması yolunda süni zəka sahəsində fəaliyyət göstərənləri dövlət strukturları ilə birgə çalışmağa səsləyib. Onun fikrincə süni zəka sahəsində artıq mövcud olan və gələcək texnologiyalar üçün risklərin idarəsi sistemləri tərtib edilməlidir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
