Logo
    main-post-cover

    BMT-nin baş katibi süni zəka texnologiyasının tənzimlənməsinə çağırışlar edib

    Süni İntellekt
    20.07.2023
    Emil
        BMT Təhlükəsizlik Şurası beynəlxalq təhlükəsizliyə və stabilliyə ola biləcək potensial süni zəka riskləri ilə bağlı ilk dəfə iclas keçirib. BMT-nin baş katibi Antonio Guterres bu yeni texnologiyanın idarəsinə istiqamətlənmiş qlobal nəzarət orqanının formalaşdırılmasına çağırış edib. O bildirib ki, süni zəka sistemləri təsəvvür edilməsi mümkün olmayan miqyaslarda ölümləri, dərin psixoloji zərbələri, geniş miqyaslı travmaları reallaşdırmağa hədəflənmiş terrorçulara, cinayətkarlara və digər subyektlərə yardımçı ola bilərlər.
        Guterres-in fikrincə süni zəka üzərində qlobal nəzarət orqanına rəhbər rolunda BMT-nin Müşahidə Şurası çıxış etməlidir. Bu şura süni zəka sahəsindəki normalara riayət edilməsini idarə edə bilər. Bu cür nəzarət orqanına süni zəka sahəsində fəaliyyət göstərən mütəxəssislər daxil ola bilərlər. Onlar öz təcrübələrini süni zəka tərəfindən ola biləcək risklərlə mübarizə məsələsində lazımi səviyyədə texniki biliklərə sahib olmayan hökumətlərlə bölüşə biləcəklər. Bu cür orqanın yaradılması üçün nəzərdə tutulmuş qətnamənin qəbul edilməsi perspektivi hələ uzaq olsa da, diplomatların əksəriyyəti bu ideyanı dəstəkləyib.
    Paylaş
    Bənzər xəbərlər