Logo
    main-post-cover

    BMT süni zəka ilə bağlı məsləhət şurası yaradıb

    Süni İntellekt
    30.10.2023
    Emil
         BMT süni zəka texnologiyasının beynəlxalq səviyyədə tənzimlənməsi üzrə məsləhətlərin təşkilinə istiqamətlənmiş yeni məsləhət şurasını yaradıb. Bu şuraya müxtəlif ölkələrin, elm və biznesin üzvləri, o cümlədən məşhur şirkətlərin (Google və OpenAI) rəhbərləri daxil olublar. Şurada ümumi olaraq 39 nəfər üzv var. Sözügedən şura BMT tərəfindən 2024-cü ildə keçirilməsi planlaşdırılan sammit üçün təkliflərin hazırlanması ilə məşğul olacaq.
         BMT təmsilçilərinin sözlərinə əsasən şuranın əsas məqsədləri arasında süni zəka riskləri barəsində konsensusa çatmaq, süni zəka texnologiyasının dayanıqlı inkişaf maraqlarında istifadəsinə yardımçı olmaq və bu mövzuda beynəlxalq əməkdaşlıqları gücləndirmək var. Süni zəkanın təhlükələrinə istiqamətlənmiş digər təşəbbüslədən fərqli olaraq BMT şurası bu mövzuda daha pozitiv mövqeyə sahibdir.
    Paylaş